Yuxarı

İranın Bakıya qarşı “Qafqaz dəhlizi” şousu... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:03

İran bu məsələni gündəmdə saxlamaqla, sadəcə, danışıqlarda müəyyən üstünlük qazanmağı düşünür.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli İranın Zəngəzur dəhlizinə alternativ olaraq Ermənistan üzərindən Gürcüstana uzanacaq “Qafqaz dəhlizi” ideyası (Azərbaycan ərazisindən keçməyən) irəli sürməsi haqda danışarkən deyib.

Ekspert bildirib ki, bu, çox bahalı bir layihədir:

“Hələ ki, Ermənistan tərəfindən maliyyə ayrılması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Əgər bu layihəni İran özü maliyyələşdirməyi düşünürsə, Tehranın indiki iqtisadi durumuna görə həddən artıq bahalı layihədir və yaxın zamanlarda İranın buna pul ayıracağını düşünmürəm. İranın sanksiya altında olduğunu nəzərə alsaq, beynəlxalq maliyyə qurumlarının da bu layihədə hansısa iştirak və yaxud kredit ayırmaq istəyi ciddi sual altındadır. Məncə, İran bu məsələni gündəmə gətirməklə Azərbaycanın əsas moderator olduğu bir çox dəhlizlərdən “öz payını” almaq fikrinə düşüb. Başqa sözlə, Zəngəzur dəhlizi, Şərqə-Qərb və yaxud Cənub-Şimal xətləri ilə bağlı danışıqlarda İran “alternativ layihəyə sahib olduğu” görüntüsü ilə daha uğurlu mövqedən çıxış etməyi hədəfləyir”.

Ekspert bildirib ki, İranın Ermənistan üzərindən Gürcüstana, oradan da limanlarla Avropaya – Yunanıstan və Bolqarıstana çıxış əldə etmək istəyi yeni ideya deyil:

“Bu, 90-ci illərdən bu günə qədər dəfələrlə müzakirə edilib. Amma bu “alternativ tranzit yolu”nun çəkilməsində ciddi problemlər var. Ermənistandan keçən yolun Yuxarı Lars yoluna birləşməsi nəzərdə tutulur. Yuxarı Lars yolu isə işlək deyil, təbiətə bağlıdır: şaxtalar başlayan kimi yol bağlanır. Təxminən noyabr ayından marta qədər Lars yolu buz bağlaması və qar uçqunları səbəbindən işləmir. Bu yolu işlək etməyən digər səbəb isə Gürcüstanla Rusiya arasında o qədər də xoş olmayan münasibətlərdir. Yəni yay ayında da Gürcüstan bu yoldan keçidə maneə törədə bilir. Bu sadalananlara maliyyə, texniki və başqa səbəbləri də əlavə etsək, bu yolun reallaşdırılması ehtimalı çox aşağıdır. Sadəcə, bu məsələni gündəmdə saxlamaqla İran Azərbaycanla danışıqlarda müəyyən üstünlük qazanmağı düşünür”.

Tarix
2021.10.11 / 13:19
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla