Yuxarı

Sahibə Qafarova Sankt-Peterburqda çıxış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibə Qafarova Sankt-Peterburqda çıxış etdi

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Üçüncü Avrasiya Qadın Forumunun plenar iclasında çıxış edib.

Axar.az xəbər verir ki, parlament sədri forumda müzakirəyə təqdim olunan mövzuların qadınların müasir dünya proseslərində rolu ilə bağlı geniş fikir mübadiləsi aparmağa imkan verdiyini söyləyib.

Milli Məclisin sədri vurğulayıb ki, müasir dünyada baş verən dəyişikliklər, sosial-iqtisadi inkişafın sabit və dinamik tendensiyaları cəmiyyətin sosial quruluşunda qadınların statusunun yeni məzmun qazanmasına səbəb olur. Bu gün qadınlar qlobal problemlərin qarşısının alınması, o cümlədən COVİD-19 pandemiyasının nəticələrinin aradan qaldırılması, eləcə də bütün dünyada sülh, təhlükəsizlik və davamlı inkişaf uğrunda mübarizədə beynəlxalq səylərə əhəmiyyətli töhfə verirlər.

Çıxışında ölkəmizdə həyata keçirilən qadın siyasətinin tarixi və uğurları barədə məlumat verən spiker deyib ki, tarix boyu Azərbaycanda qadınlar hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunublar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması azərbaycanlı qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar açdı. O xüsusilə xatırladıb ki, həmin dövrdə müsəlman şərqində ilk dəfə olaraq, Azərbaycanda qadınlar kişilərlə bərabər seçmək və seçilmək hüququnu əldə ediblər.

Milli Məclisin sədri qeyd edib ki, qadınların potensiallarının bütünlüklə üzə çıxarılması, onların hüquq və imkanların genişləndirilməsi daha sağlam və firavan cəmiyyətlər qurulmasının zəruri şərtidir.

Tarix
2021.10.13 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla