Yuxarı

İrəvan Bakını hücuma təhrik edir – Amerikalı ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Bakını hücuma təhrik edir – Amerikalı ekspert

Ermənistanın keçən ilin noyabrından etibarən Moskvanın vasitəçiliyi ilə əldə olunan atəşkəs rejiminin icrasından imtina etməsi regional gərginliyi daha da yüksəltdi və Qarabağdakı qanunsuz erməni silahlı qruplarını cəsarətləndirdi.

Bu sözləri Axar.az-a amerikalı mütəxəssis Endryu Korıbko Ermənistanın Qarabağdakı son təxribatları barədə danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan üçün vəziyyət çox həssasdır, çünki Ermənistan Rusiyadan kömək istəmək üçün bəhanə axtarır:

“Buna görə də əlindən gəldiyi qədər Azərbaycanı Ermənistana hücum etməyə təhrik edir. Rusiya Ermənistanın qarşılıqlı müdafiə müttəfiqidir və eyni zamanda Qarabağın bir hissəsi çərçivəsində sülhməramlı vəzifələrdən məsuldur. Ancaq Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın müdaxiləsi üçün etdiyi çoxsaylı xahişləri nəticəsiz qaldığı kimi, indi də bu cəhdlər uğursuzluğa düçar olacaq. Çünki Moskva müharibədə maraqlı deyil”.

Ekspertin fikrincə, bu məqamda Rusiyanın Ermənistanın onun üçün yeni bir tələ qurduğunu anlaması çox vacibdir:

“Bu onu göstərir ki, Prezident Putinin Baş nazir Paşinyanla apardığı danışıqlar Ermənistanın regional təxribatçı davranışında heç bir dəyişikliyə səbəb olmayıb. Buna görə də Rusiya diplomatları getdikcə daha çox azğınlaşan müttəfiqlərini cilovlamaq üçün daha çox çalışmalı olacaqlar”.

Tarix
2021.10.15 / 16:12
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla