Yuxarı

Yeni qida trendi: Özü qat-qat baha, həm də təhlükəli...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni qida trendi: Özü qat-qat baha, həm də təhlükəli...

Sublimasiya olunmuş, yəni dondurularaq qurudulmuş meyvə-tərəvəz və dondurmalar son günlərin trendinə çevirilib. Təbii halından qat-qat baha olan bu məhsullar isə 30-100 manat arasında alıcılara təklif olunur. Ancaq mütəxəsisslərin fikrincə, həmin qidalar bəzən sağlamlıq üçün təhlükə də yaradır.

Məsələ ilə bağlı Axar.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, həmin qidalar bəzi risklər daşıyır.

“Sublimasiya olunmuş qidalar -40 dərəcədə dondurulur. Daha sonra dondurulmuş həmin qidaların buzlaşmış mayesi vakuumlanaraq buxarlanır. Ardınca həmin qidalar qurudulur.

Bəli, bu qidalar vitamin dəyərini 90%-dək saxlayır, hətta dadı, rəngi və forması isə meyvədən asılı olaraq eyni qalır. Ancaq bu qidalardan istifadə edərkən diqqətli olmaq lazımdır. Yaxşı olar ki, hər bir insanın yediyi bu qidanın miqdarı öz ovuc içi – təxminən 20-30 qrama qədər olsun.

Uşaqlara verərkən quruluğu ilə bağlı boğulma riski yaratdığına görə istifadə olunmazdan öncə isladılmalıdır. Eləcə də şəkərli diabet və xroniki xəstəlikdən əziyyət çəkən insanlar daha diqqətli olmalıdır. Çünki sublimasiya olunmuş meyvələrdən çox istifadə etsələr, qanda şəkər səviyyəsi anidən yüksələr ki, bu da xəstəliyin kəskinkəşməsinə gətirib çıxara bilər. Həmçinin mədə-bağırsaq xəstəliyi olanlarda bu qidalar qastritə, qıcıqlanma və ağrılara səbəb ola bilər.

Bundan əlavə, sublimasiya olunmuş məhsullar yeyilərkən dişə yapışdığı üçün mütəmadi istifadə zamanı diş çürüməsinə də gətirib çıxara bilər. Ona görə də qida istehlak olunduqdan sonra ağzın yaxalanması vacibdir”.

Ekspertin sözlərinə görə, sublimasiya olunmuş qidaların saxlanma şəraitinə də xüsusi diqqət etmək lazımdır:

“Əgər qida doğru şəkildə qablaşdırılıb və açılmayıbsa, 25 ilə qədər xarab olmadan saxlanıla bilər. Ancaq qidanın qutusu açılıbsa, qısa müddət ərzində istifadə olunması tövsiyə olunur. Əgər hava ilə təmasda olub, yumşalıbsa, rəngi, qoxusu və görünüşündə fərqlilik varsa, istifadə olunması tövsiyə edilmir”.

Tarix
2026.01.30 / 02:10
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla