Yuxarı

Müharibə ehtimalı? Kiminlə aparacağıq? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə ehtimalı? Kiminlə aparacağıq? - Ekspert

Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılması arzuolunan bir məsələdir. Belə təlimlər mütəmadi xarakter daşımalıdır.

Bu sözləri Axar.az-a açıqlanmasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Ekspertin sözlərinə görə, bu təlimlər peşəkarlıq səviyyəsini artırmaq xarakteri daşıyır:

“Təəssüflər olsun ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əvvəlki illərdə bu məsələyə lazımi səviyyədə diqqət yetirməyib. Ancaq hazırda bu sahədə böyük işlər görülür. Mən ehtiyatda olan polkovnik kimi onu deyə bilərəm ki, bu təlimlərlə hərbi vərdişlər və peşəkarlıq səviyyəsi artırılır, eyni zamanda heyət yeni texniki vasitələrlə tanış olur. Təlimlər noyabrın 6-na qədər davam edəcək və burada heç bir xüsusi hədəf yoxdur. Bizim Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş kifayət qədər kadr potensialımız var. Bu insanlar da zaman-zaman məşq etməli, özlərinin bilik və bacarıqlarını artırmalı, inkişaf etdirməlidir”.

Polkovnik yeni müharibə ehtimalının olmadığını da vurğulayıb:

“Heç bir müharibə ehtimalı yoxdur. Kiminlə müharibə aparacaq Azərbaycan? Bizim işğaldan azad olunan bölgələrimizdə yenidən müharibə apara biləcək kifayət qədər ehtiyat qüvvə var. Bizim hazırda yeganə problemimiz Qarabağdakı separatçı tör-töküntülərdir. Onlarla bağlı məsələnin də noyabr ayının ortasında imzalanması gözlənilən üçtərəfli müqavilə ilə həll ediləcəyini düşünürəm”.

Tarix
2021.10.25 / 13:30
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla