"Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" Şokolad Fabriki
ötən ildə olduğumu kimi, bu il də jurnalistlər üçün Qəbələ və Oğuz
rayonlarına iki günlük infotur təşkil edib.
Axar.az xəbər verir ki, bu dəfəki infotur Milli Mətbuatın 140
illiyinə həsr edilib və əsas məqsəd KİV nümayəndələri üçün maraqlı
və yaddaqalan səyahət təşkil etmək olub.
Əvvəlcə müxtəlif mətbuat orqanlarını təmsil edən 45-ə yaxın
jurnalist Qəbələ şəhərinin mərkəzində yerləşən nüfuzlu "Qafqaz
Karvansaray Otel"də yerləşdirlib. Nahar fasiləsindən sonra
jurnalistlərlə birgə qısa tədbir keçirilib.
Tədbirdə "Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" Şokolad Fabriki
haqda mətbuat nümayəndələrinə geniş məlumat verilib, şirkətin uğur
yolunu əks etdirən tanıtım filmi göstərilib.
Daha sonra şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
İlham Məmmədov şirkətin rəhbərliyi adından səfərdə iştirak edən,
həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün
jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik
edərək, onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb.
İ.Məmmədzadə həmçinin bildirib ki, təmsil etdiyi qurum ölkəmizdə
ən böyük distribütor şirkət sayılır və dünyanın 100-dən artıq
fabrikinin məhsullarının ölkəmizdə dağıtımı ilə məşğuldur. Şirkət
eyni zamanda xeyriyyə yardımları da edir. O cümlədən, Qarabağ
əlillərinə yardım edir və bir sıra tanınmış idmançılara beynəlxalq
yarışlarda iştirak etmək üçün dəstək olur.
Tədbirin sonunda hər bir jurnalistə qiymətli hədiyyə təqdim
olunub. Bunun ardınca media
təmsilçiləri şəhər ərazisində gəzintiyə çıxıblar. Jurnalistlər
gəzinti çərçivəsində "Tufandağ Qış-Yay Turizim Kompleksi" ilə də
yaxından tanış olublar.
Səfərin ikinci günü isə media nümayəndələri Oğuz rayonunun
Xal-xal meşəsində istirahətlərini davam etdiriblər. Günün sonunda
infotur iştirakçıları Bakıya geri dönüblər.
Səfərdə iştirak edən jurnalistlər maraqlı səfər proqramı üçün
"Veysəloğlu" Şirkətlər Qrupunun rəhbərliyinə təşəkkürlərini
bildiriblər.