Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri
cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini
ümumilikdə 79 dəfə pozub.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata
görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber,
Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən
Qazax rayonunun Qızılhacılı, Fərəhli kəndlərində, Berd rayonunun
Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi
kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt,
Göyarx, Qızıloba, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş
Qərvənd, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Kəngərli, Novruzlu,
Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun
Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı,
Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl,
Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.