Yuxarı

Müsavat “bəhanə stereotip”ini qırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müsavat “bəhanə stereotip”ini qırdı

Müsavat Partıyasının gözlənilmədən Milli Şuradan ayrılmaq qərarı verməsinə və hakimiyyət uğrunda mübarizəyə təkbaşına davam edəcəyi açıqlamasına "Avropa.info" saytının direktoru, vaxtilə müxalifətin nüfuzlu gənclər təşkilatlarından olmuş Yeni Fikir Gənclər Hərəkatının keçmiş sədri Ruslan Bəşirli münasibət bildirib.

20 ildir ki, proseslər bu cür davam edir

"Axar.az"a açıqlama verən sayt rəhbəri Milli Şuranın aqibətinin bu cür yekunlaşacağının gözlənilən olduğunu söyləyib: "20 ildir ki, müxalifət cəbhəsində proseslər bu cür davam edir. Lakin bu dəfə mənzərə bir qədər fərqlidir. Öncəki illərdə də seçki sonrası ya Müsavat Partiyası, ya da AXCP müxalifətin birliyini tərk edib. Lakin adətən getmək üçün müxtəlif bəhanələr axtarılır və tapılırdı.

Bu dəfə isə Müsavat Partiyası həmin bəhanə streotipini qırdı.

Müsavat əvvəlcə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun istefasını tələb etdi, bu baş verincə, onun fəxri sədrlikdən getməsini də istədi.

İbrahimbəyov artıq onsuz da ona lazım olmayan fəxri sədrlikdən də imtina etdi.

Və nəhayət, heç bir bəhanə olmadan Müsavat Milli Şuranı tərk etdi".

Müxalifət bu proseslərdən uduzmuş şəkildə çıxacaq

R.Bəşirlinin sözlərinə görə, indi Milli Şura ətrafinda qaranlıq bir mənzərə yaşanır: "Bu təşkilatın gələcək prespektivi artıq şübhə doğurur. Proseslər onu göstərir ki, nə qədər zəifləsə də, Azərbaycan müxalifətini AXCP və Müsavat təmsil edir. Bu qüvvələrin başqa-başqa cəbhələrdə olması isə bütövlükdə müxalif cəbhəyə zərbədir.

İndi Müsavat Partiyası nə qədər özünün təkbaşına hakimiyyətə gəlmə prespektivindən danışsa da, AXCP isə Müsavatın bu qərarından istifadə edərək, müxalifət cəbhəsində birinciliyi ələ almaq və yaxud da bunu möhkəmləndirmək istəsə də, fakt budur ki, müxalifət bu proseslərdən uduzmuş şəkildə çıxacaq. Bu isə onsuz da zəifləmiş müxalifəti daha da iflic vəziyyətinə salacaq.

Milli Şura yaradılarkən qarşısına ciddi məqsədlər qoyduğunu bəyan etməsinə rəğmən, sonuc əvvəlki illərdən fərqli olmadı.

Əsas da bu proseslərdən zərbə alan tarixçi alim, uzun müddət idi ki, heç bir partiyada təmsil olunmayan professor Cəmil Həsənli oldu.

Müsavat Partiyasının son qərarı onu göstərir ki, Müsavatda Arif Hacılı və onun tərəfdarları güclənməkdə davam edirlər. Başqanın da ona dəstək verməsi ehtimal ki, Arif Hacılının yeni dövrdə partiyaya sədrlik etməsi ilə nəticələnəcək.

Bir daha bildirim ki, Milli Şuranın missiyasını başa vurmamış iflasa uğraması müxalifətə böyük zərbə olacaq".

Tarix
2014.01.09 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla