Yuxarı

“Uşaqlarınızı vaxtından əvvəl məktəbə qoymayın” – SOS

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Uşaqlarınızı vaxtından əvvəl məktəbə qoymayın” – SOS

Psixoloq uşaqlarını vaxtından əvvəl məktəbə qoymaq istəyən valideynlərə bununla bağlı xəbərdarlıq edir.

Axar.az xəbər verir ki, bu barədə ətraflı məlumat verən 176 nömrəli tam orta məktəbin psixoloqu Qəmər Bünyatova xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı aparılan müsahibənin qaydalarından danışıb. O bildirib ki, hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə müddətində aparılır.

Psixoloqun müşahidələrinə görə, valideynlər uşaqların məhz istedadlı və hazırlıqlı olduğuna görə yox, sırf məktəbə tez başlaması üçün müraciət edirlər ki, bu da uşaqlarda sonradan müəyyən psixoloji problemlər yaradır. O qeyd edib ki, hətta bəzi valideynlər uşağın məktəbə getməməsinin onların planlarını pozduğunu da deyir:

"Uşaqların əlifbanı və saymağı bilməyi onların məktəbə hazır olmasının göstəricisi deyil. Bu biliklər məktəbdə öyrədilir. Uşaq ilkin məntiqi nəticə çıxarmağa, ardıcıl cümlələrlə öz fikrini ifadə etmə bacarığına, riyazi təfəkkürə və dünyagörüşünə malik olmalıdır. Ən çox problemlər isə dünyagörüşdə özünü göstərir. Övladının verdiyi müxtəlif suallara mütəmadi cavab verən valideynlərin uşaqları bu istiqamətdə verilən suallara daha yaxşı cavab verirlər".

Psixoloq Q.Bünyatova vurğulayıb ki, uşaqların vaxtından əvvəl məktəbə getməsi, onun yaşından tez böyüməsinə səbəb olur:

"Bu halda sizin uşağınız elə bil vaxtından tez böyüyür. Uşaq öz yaşına uyğun düşünməlidir. Yaşına uyğun olmayan düşüncə uşağa ziyandır. Yəni valideynlər uşaqlarına apara bilmədiyi yükü daşıtdırmaq istəyirlər. Əslində uşaqlar bioloji olaraq tam şəkildə 6 yaşında təhsilə hazır olur. Məhz həmin yaş tamamlandıqda uşaqların məktəbə getməyi daha məqsədəuyğundur. Vaxtından əvvəl məktəbə gedən uşaqlar sinifdə onlardan böyük uşaqlara çatmağa, onlarla ayaqlaşmağa görə çox güc sərf edir, beyinləri yorulur. Bu proseslər onlarda kiçik yaşlarda çox büruzə verməsə də, yeniyetməlik çağında müəyyən fəsadlar, yorğunluq, təhsilə, oxumağa həvəsin olmaması kimi mənfi hallar meydana çıxara bilər".

Tarix
2015.08.04 / 09:09
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla