Yuxarı

Qriqoryan "sərhəd və dəhliz"ə toxundu: proses başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qriqoryan "sərhəd və dəhliz"ə toxundu: proses başladı

Ermənistan Baş nazirinin müavini, üçtərəfli işçi qrupunun üzvü Mger Qriqoryan açıqlamaları iki sualı gündəmə gətirdi:

- Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesi başlanıb?

Qriqoryan deyir ki, delimitasiya və demarkasiya prosesi ilə bağlı heç bir səfərin, görüşün əhəmiyyətli yoxdur, istənilən halda bu, həyata keçirilməlidir və görüşün olub-olmaması ona birbaşa təsir göstərmir”.

Paşinyanın müavininin sözlərindən belə nəticə çıxır ki, Moskvanın keçirmək istədiyi üçtərəfli görüş prosesin başlanmasına aid deyil.

Bu, prosesin başladığına dair ehtimalı gücləndirir.

Nikol Paşinyan son sərhəd döyüşündən sonra bildirdi ki, Rusiya Müdafiə Nazirliyinin üç təklifini qəbul ediblər və sərhədin müəyyənləşməsi üzrə komissiyanın yaradılmasına razıdırlar. Ardınca İrəvan razılığını yazılı olaraq Moskvaya göndərdi.

Rusiya MN-nin təkliflərinin konkret nədən ibarət olduğu bəlli olmasa da, əsas məğzinin sərhədin hansı xəritəyə uyğun müəyyən ediləcəyindən ibarət olduğu şübhəsizdir. Mümkündür ki, eyni xəritələr İrəvana və Bakıya təqdim edilib və Moskvanın vasitəçiliyi ilə delimitasiyaya – sərhəd xətlərinin xəritə üzərində müəyyənləşdirilməsi – start verilib, yaxud ən azı danışıqlar artıq bu mərhələdədir. Və bu, Putinin keçirmək istədiyi üçtərəfli görüşlə bağlı müəyyən gözləntiləri də önə çıxarır.

1. Görüşə qədər delimitasiya müqaviləsi hazırlanır;

2. Görüşdə bununla bağlı imzalar atılır;

3. Və demarkasiyanı aparacaq komissiya formalaşdırılır;

- Kommunikasiyanın açılması ilə bağlı yekun razılaşma əldə olunub?

Qriqoryanın bildirir ki, ortaq məxrəcə gəlinib, lakin texniki məsələlərlə bağlı bir neçə variant var, hansı variantın işləyəcəyi ilə bağlı yekun razılaşma yoxdur.

Bu o deməkdir ki, kommunikasiyanın açılmasında ən vacib detal olan qrafik artıq hazırlanıb, indi məsələnin texniki tərəfləri müzakirə edilir. Qrafikin hazırlanması Zəngəzur dəhlizinin Ermənistan hissəsində inşa işlərinin nə vaxt başlanmasını da müəyyənləşdirəcək.

Qriqoryanın açıqlamalarından çıxan nəticə üçtərəfli görüşün tezliklə - Brüssel görüşünə qədər keçirilməsinə dair şübhələr yaradır. Çünki delimitasiya – xəritələr üzərində işin yekunlaşması və kommunikasiyanın açılmasında texniki məsələlərin razılaşdırılması üçün zaman lazımdır. Bu kontekstdə Putinin Paşinyana zəngi İrəvana Avropa masasında Moskvanın razılaşmalarından kənara çıxmamaq haqda xəbərdarlığı kimi qiymətləndirilə bilər.

Tarix
2021.11.23 / 15:29
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla