Yuxarı

Erməni əsgərini sərhəddə kim qətlə yetirib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni əsgərini sərhəddə kim qətlə yetirib?

Erməni sosial şəbəkə istifadəçiləri ötən gün özləri yazdılar ki, 19 yaşlı əsgər Suren Səfəryan Azərbaycan Ordusunun atəşi nəticəsində ölməyib.

Bu sözləri Axar.az-a hərbi ekspert Ədalət Verdiyev ötən gün sərhəddə bir erməni əsgərin ölməsi, bir neçəsinin yaralanması ilə bağlı insidentin daxili atışma olması barədə danışarkən deyib.

Ekspert əminliklə bildirib ki, S.Səfəryan erməni postunda öz yoldaşları tərəfindən qətlə yetirilib.

Ekspert qeyd edib ki, onsuz da Ermənistanda baş verən istənilən insidentə görə düşünmədən Azərbaycanı günahlandırmaq adət halını alıb:

“Bununla Ermənistan hakimiyyəti ordu daxilindəki başıpozuqluğu ört-basdır etməyə çalışır. Ancaq hesab edirəm ki, biz də bu kimi təxribatlara hazır olmalıyıq və baş verən hadisələrin bizimlə əlaqəsi olmadığını, mümkündürsə vizual, mümkün deyilsə, bəyanat şəklində dərhal təkzib etməliyik”.

Qeyd edək ki, Ermənistanın Göyçə mahalının Azərbaycanla sərhədindəki hərbi postunda ötən gün baş verən atışmanın Azərbaycan Ordusu ilə heç bir əlaqəsi olmadığını Müdafiə Nazirliyi rəsmən elan edib.

Tarix
2021.11.23 / 17:43
Müəllif
Nazlı Onur
Digər xəbərlər

“Bona Dea”nın Nigar Köçərliyə kobudluğu... - Professor

Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla