Yuxarı

“Bona Dea”nın Nigar Köçərliyə kobudluğu... - Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bona Dea”nın Nigar Köçərliyə kobudluğu... - Professor

Azərbaycan xəstəxanalarında tibbi səhlənkarlığı sənədləşdirmək və sübut toplamaq olduqca çətindir. Əgər həkim səhvi çox açıqdırsa, məsələn, sağ ayaq yerinə sol ayağı kəsibsə, bunu etmək bəlkə də mümkündür. Amma deyək ki, qan durulducu vurulmadığına görə tromblaşma meydana gələrək xəstə vəfat edərsə, bu problemin məhkəmə müstəvisində çıxarılmasında çətinliklər var və bunlar da sistematikdir.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Meydiyev “Əli və Nino” şəbəkəsinin sahibi Nigar Köçərlinin “Liv Bona Dea” xəstəxanasında başına gələnlər haqda qeyd edib.

“Əvvəlcə onu qeyd edək ki, xəstəlik tarixçəsi günlük və elektron hökumət sisteminə vurulmadığı və həmin resursda da hər kəsə açıq olmadığı müddətcə onu post-faktum dəyişdirmək və saxtalaşdırmaq çətin deyil.

Vəkil sorğusuna xəstəlik tarixçəsini vermirlər, yubadırlar. Həmin müddət ərzində də ora hansı müdaxilələr olur, bilmək çətindir.

Tibbi-ekspertiza məsələsində ciddi çətinliklər yaşayırıq. Ekspertlərə xəstəlik tarixçəsindən başqa tərəflər fakt təqdim edə bilmir, mübahisə tərəfi ekspertə sual ünvanlaya bilsə də, işin içində olan MRT diskinin ekspert tərəfindən nəzərə alınmamasına ancaq məhkəmə nəzarəti qaydasında müdaxilə etməyə çalışır.

Siz Klivlend Xəstəxanasından mütəxəssis rəyi təqdim etsəniz də, naməlum ekspertin verdiyi rəy “Klivlend” rəyindən üstün tutulur”, - o bildirib.

Professor vurğulayıb ki, ölkəmizdə həkim cameəsi bir-birini tanıyır və onlar həmkarlarını ittiham edəcək rəy vermək istəmirlər:

“Vətəndaşlara çağrışım odur ki, nə qədər ki, smartfon var, xoşagəlməz prosesləri çəksinlər - saatını və yerini şifahi şəkildə qeyd etmək şərtilə.

Xəstənin ölməsi halında mütləq qaydada autopsiya (meyitin yarılması) aparılmalıdır. Hansısa mənasız inanca və adət-ənənəyə görə öz hüquqlarınızı təhlükəyə atmayın.

Bir başqa məsələ tibbi səhlənkarlıq məsələlərində məsuliyyət barəsindədir. Şəxsi qənaətim odur ki, həkimin ağır təqsiri (culpa lata/reklessness) olmadığı müddətcə belə hallarda həkim və xəstəxananın məsuliyyəti delikt məsuliyyəti ilə məhdudlaşdırılmalıdır. Məhkəmələr də öz növbəsində bu məsələlərdə ekspert rəyinə məhkum olmadan daha sərbəst formada öz qərarlarını verə bilməlidirlər.

Pasiyent xəstəxana ilə imzalanan müqaviləyə müdaxilə edə bilmir, odur ki, xəstəxana xeyrinə olan müqavilə şərtlərindən adətən istifadə etmək olmur.

Xəstəxanalara çağrışım odur ki, xəstələri sığortalayın. Hər hansı ağırlaşma nəticəsində həm həkimi, həm də xəstəxananı məhkəmə çəkişmələrindən qoruyacaq, xidmətin keyfiyyətinin artmasına səbəb olacaqsınız (sığorta şirkətləri keyfiyyətsiz xəstəxanaları sığorta çətiri altına almayacaq).

Tibbi səhlənkarlıq hallarında prokurorluğa qaçmağa tələsməyin, iddialarınızı mülki qaydada məhkəmə müstəvisində aparın”.

Tarix
2026.01.21 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla