Yaxın Şərqin yeni xəritəsini ABŞ Prezidenti Barak Obama
ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müəyyən
edəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb. Mətbuat
bölgənin yeni xəritəsinin Ərdoğanın ABŞ səfəri zamanı bəlli
olacağını iddia edib:
"Tezliklə PKK və İŞİD-ə qarşı böyük əməliyyatlar keçiriləcək.
Bəşər Əsədin hakimiyyətdən getməsi üçün Vaşinqton daha aktiv
fəaliyyətə keçəcək. Bölgənin gələcəyi və yeni xəritə isə
Ərdoğan-Obama görüşündə həll olunacaq".
İngilis mediası isə daha irəli gedərək, ABŞ-ın Fərat çayının
qərbindən Aralıq dənizinə qədər olan bölgəni Türkiyəyə verəcəyini
iddia edib:
"Ötən həftə Türkiyə ilə ABŞ arasında əldə edilən İncirlik
razılaşmasından sonra yeni addımlar atıldı. Türkiyənin İŞİD-ə və
PKK-ya qarşı əməliyyatları bölgədə yeni ab-havaya səbəb oldu. Bu
proseslər sona çatdığı zaman Fərat çayının qərbindən Aralıq
dənizinə qədər olan bölgə Türkiyənin olacaq".
Türk mediası isə sözügedən ərazinin Cerablus və Afrinin
cənubundan Hələblə İdlib daxil olmaqla, Latakiyaya qədər uzandığını
yazıb.