Yuxarı

Qazilərimizin peşələrini kimlər aşağılayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi qazilərimizin çalışdığı sahələr haqqında sosial şəbəkələrdə nəzərə çarpan aşağılayıcı yanaşmalar ikrah doğurmaqla yanaşı, cəmiyyətimizdə mövcud olan yanlış streotipləri də ortaya qoyur. Şübhəsiz ki, bu və ya digər peşəyə, yaxud fəaliyyət sahəsinə münasibətdə əzici, aşağılayıcı davranışların sərgilənməsi Azərbaycan xalqının dünyagörüşünə, mədəni səviyyəsinə və bütövlükdə daşıdığı dəyərlərə uyğun gəlmir. Belə münasibət öz sağlamlığını Vətəninin müdafiəsi uğrunda qurban verən insanlara və onların fəaliyyət sahəsinə, peşəsinə münasibətdə nəzərə çarpdıqda isə, ümumiyyətlə, “sözün bitdiyi yerdə olduğunu” düşünür, cəmiyyətdəki mənəvi deqrodasiyanın bu həddə çatdığına təəssüflənirsən.

Axar.az xəbər verir ki, bunu jurnalist, politoloq Elçin Mirzəbəyli qeyd edib.

"Azərbaycan dilində əməksevərlik və insanlara fayda gətirən peşələr haqqında olan atalar sözlərini, el məsəllərini, aforizmləri sıralasaq, bəlkəd bir neçə cildlik kitab ərsəyə gələr. Görünür, məsəl, atalar sözü və aforizmlərin çoxluğunun səbəbi də buna hər addımda ehtiyac duyulduğundan yaranıb. Əks təqdirdə, insanlara bütün peşələrin gərəkli olduğunu başa salmaq üçün saysız-hesabsız nümunələrə ehtiyac qalmazdı...

Təsəvvür edin, müharibənin ilk günlərindən döyüş meydanına atılan, Vətən müharibəsində rəşadət göstərən, sağlamlığını itirən qazilərimizdən biri, Ordumuzun Zəfərindən sonra yenidən çalışdığı sahəyə - taksi sürücülüyünə, yaxud xidmət sektoruna qayıdıb. Bacardığı, sevdiyi işin qulpundan tutub, döyüş meydanında olduğu kimi çalışdığı sahədə də Vətəninə və onun insanlarına faydalı olmağa çalışır. Və hər şeydən öncə, kimsəyə minnət etmədən öz halal zəhməti, alın təri ilə ömür sürür, savaşda olduğu kimi mülki həyatda da başqalarına nümunə olur. Belələrini yalnız və yalnız ayaq üstə alqışlamaq lazımdır – çünki onlar sağlamlıqlarını itirsələr də, sözün bütün mənalarında öz ayaqları üzərində dayanmağı bacarır, əsl xarakter, iradə, qətiyyət nümayiş etdirirlər.

İndi yazacaqlarımı konkret şəxsləri, o cümlədən qazilərimizi nəzərdə tutaraq qələmə almıram: Özümü dərk etdiyim gündən təmizlik sahəsində, xidmət sektorunda çalışan insanlara böyük hörmətlə yanaşmışam. Onların gündəlik həyatımızın qəhrəmanları olduqlarını düşünmüşəm. Çünki belə ağır, çətin sahələrin məsuliyyətini və yükünü hər kəs öz üzərinə götürməyi bacarmır. Belə insanlar bizim gündəlik həyatımızın dayaq nöqtələri, sütunlarıdır. Öz zəhməti, alın təri ilə ömür sürən, həyatımızı gözəlləşdirən bu insanlara münasibətdə aşağılayıcı hərəkətə yol verənlərin özləri, mənə görə ən miskin və cəmiyyət üçün ən faydasız adamlardır.

Qazilərimizə gəldikdə isə, onların cəmiyyətə inteqrasiyasının yükü təkcə dövlətin deyil, hər bir Azərbaycan vətəndaşının üzərinə düşür.

Sağlamlığını itirdiyinə baxmayaraq, yenidən müharibəyə qədərki dövrdə çalışdığı sahəyə qayıdan insanları isə göz bəbəyimiz kimi qorumalıyıq.

Unutmaq lazım deyil ki, fədakarlıq, təkcə döyüş meydanında, konkret anda nümayiş etdirilən qəhrəmanlıq nümunəsi deyil, həm də xarakterdir, düşüncə və qürürlü yaşam tərzi, özünə və ətarafına sayğılı münasibətdir.

Əgər qazilərimiz gündəlik həyat tərzləri və fəaliyyətləri ilə, hansı sahədə çalışdıqlarına baxmayaraq, zəhmətsevərliyin, halal zəhmətlə yaşamağın nümunələrini yaradırlarsa, onlara həyatımızın ikiqat qəhrəmanları kimi yanaşmalı və yaratdıqları nümunələri təbliğ etməliyik", - politoloq sosial şəbəkə hesabında vurğulayıb.

Tarix
2021.11.24 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla