Yuxarı

Paşinyan müəmmalı danışdı: bu sözləri sual yaradır - Poloskova

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə təəssürat yaranır ki, Paşinyan prosesi uzatmağa davam edir və o, sadəcə olaraq, çətin vəziyyətdə olmaq istəmir, çünki ondan hərəkət etməsini tələb edirlər. Azərbaycan bir ildən artıqdır ki, gözləmə mərhələsindədir, digər tərəfdən isə Ermənistanda Paşinyana qarşı etirazlar, antirusiya aksiyaları davam edir. Bildiyimə görə, İrəvanın bəzi fiqurları bu yaxınlarda Paşinyana açıq şəkildə hədə-qorxu gəliblər ki, müqaviləni imzalasa, onunla xoşagəlməz hallar baş verə bilər.

Axar.az xəbər verir ki, bu fikri siyasi elmlər doktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova səsləndirib.

O, Soçidəki üçtərəfli görüşdən, eləcə də Brüsseldə keçiriləcək sammitdən nəyi gözləmək lazım olduğunu dilə gətirib:

"Birincisi, Paşinyan müəmmalı danışır, bəyanatlarının birində deyib ki, Rusiyanın sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı bəzi təklifləri var, lakin o, bunu səsləndirmək istəmir, çünki bu, prosesə mane olacaq. Həyatı boyu xarici siyasətlə məşğul olan biri olduğum üçün bu sözlər məndə bəzi suallar yaradır: Proses gedir ki? Heç kim bunu bilmirsə, bu, necə ola bilər? Görünür, Paşinyan Rusiya tərəfinin onu bu məsələni həll etməyə razı salmasını nəzərdə tuturdu. Aydındır ki, məsələnin həlli üçün komissiya yaradılsa da, tez olmayacaq, uzun prosesdir. Bu səbəbdən də Paşinyan adət etdiyi "danışmaq, təxirə salmaq və heç nə etməmək" yoluna qədəm qoyur.

İkincisi, məsələ iki formatda müzakirə olunacaq: Rusiyanın vasitəçiliyi ilə Soçidə və Şərq Tərəfdaşlığının sammitində.

Sammit çərçivəsində keçirilən istənilən müzakirə nadir hallarda məhsuldar olur, orada yalnız bəzi məsələləri həll etmək olar. İki vasitəçinin - Rusiya və Avropa İttifaqının mövcudluğu isə Paşinyanın Kremldən başqa Minsk Qrupu tipli orqanı məsələyə cəlb etmək istəyindən irəli gəlir.

O ki qaldı Soçidə və Brüsseldə keçiriləcək görüşlərə, prinsipcə, bu, adi işçi görüşlər olacaq, lakin belə görüşlərdə də irəliləyiş əldə etmək mümkündür. Yenə də xatırlatmaq istəyirəm ki, söhbət sülh müqaviləsinin imzalanmasından yox, sərhədlərin razılaşdırılmasından gedir. Bu proses olduqca uzun çəkir. Ona görə də düşünürəm ki, Yeni ilə sülh müqaviləsini görmədən daxil olacağıq, ən yaxşı halda müqavilənin bilavasitə hazırlanması ilə məşğul olacaq komissiyanın yaradılması haqqında hansısa sənəd imzalanacaq”.

Ekspert həmçinin gələn il üçün proqnozlarını da səsləndirib:

"Gələn il nə olacaqsa, Paşinyanın İrəvanda qala bilib-bilməyəcəyindən asılıdır, çünki Moskva da ondan narazıdır, amma başqa namizəd yoxdur. İndi İrəvanda siyasətçilər yoxdur.

Dəqiq deyə bilərəm ki, 2022-ci il regionun taleyini həll edəcək”.

Tarix
2021.11.25 / 13:12
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Kurenkov Bakıdan Moskvaya əliboş qayıtdı

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla