Yuxarı

Azərbaycandan möhtəşəm addım: ermənilərə təklif verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi tikdiyini əks etdirən görüntülər yayılıb.

Axar.az xəbər verir ki, tam bir ay bundan öncə erməni mediası Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikməyə hazırlaşdığı haqda məlumat tirajlanmışdı. Bu gün yayılan görüntülərdən bəlli oldu ki, artıq yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatmaq üzrədir.

Əgər bu yoldan Azərbaycan maşınları keçməyəcəksə, Ermənistan isə alternativ yol çəkirsə, bu yanacaqdoldurma məntəqəsi niyə açılır?

Erməni mediası bu məntəqənin İran maşınlarına xidmət edəcəyini iddia etmişdi. Ancaq bu məntəqənin daha strateji layihə olduğu göz qabağındadır.

Gorus-Qafan yoluna alternativ yol ensizdir, eyni zamanda sıldırım dərə yarğanlarından, dağ döşündən keçir və xüsusilə iriqabaritli maşınlar üçün tamamilə əlverişsizdir. Hələ bu yola asfalt da döşənməyib. Amma Tatev yolu tam istifadəyə veriləndə belə bu yolun Gorus-Qafan yoluna ciddi alternativ olacağı sual altındadır.

Alternativ yol həm də məsafəni böyüdür. Xüsusilə bu ərazidə yerləşən 6 erməni kəndinin sakinləri rayon mərkəzinə əvvəl 12 km yol qət edirdilərsə, alternativ yolla 150 km-ə yaxın məsafə getməlidirlər.

Alternativ yolu “cəlbedici” edən yalnız Azərbaycan ərazisindən istifadə edərkən gömrük və tranzit rüsumunun tətbiqidir. Hazırda isə Azərbaycan ermənilərə yeni fürsət tanıyır.

Ermənistanda 29 oktyabrdan Aİ-92 benzini 1,85 manata (520 dram) qalxıb, Aİ-95 1,92 manatdır (540 dram), dizel yanacağı isə 87 qəpiyə satılır.

Azərbaycanda Aİ-92 1 manat, “Premium” 1 manat 60 qəpik, dizel yanacağı 80 qəpiyədir.

Erməni mediasının iddiasına görə, İran maşınları üçün təhlükəli və uzaq yol əvəzinə daha təhlükəsiz, yaxın yolla bərabər, dizel yanacağının ucuzluğu cəlbediciliyi artırır. Sadəcə Azərbaycan gömrüyünə tranzit rüsumu ödəməklə İran maşınları yeni fürsətdən bəhrələnə bilərlər.

Ancaq bu, az ehtimal ediləndir. Çünki İran TIR-ları öz sərhədləri yaxınlığında yanacaq doldurmaqla Ermənistandakı bahalı yanacaqdan istifadə etməyə bilərlər. Ona görə də erməni mediasının guya bu yanacaq məntəqəsinin yalnız İran maşınları üçün nəzərdə tutulduğu iddiası doğru deyil.

Bu, birbaşa erməni əhaliyə ünvanlanan iqtisadi mesajdır. Ermənilərin Gorus-Qafandan istifadə ilə qazancları: təhlükəsiz, yaxın yol və ucuz benzin. Niyə istifadə olunmasın bu yoldan?

Bu möhtəşəm layihə Azərbaycanın kommunikasiyaların açılması ərəfəsində Ermənistana ilk iqtisadi nüfuzudur.

Tarix
2021.11.26 / 14:09
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla