Yuxarı

Fransada erməni lobbisi bizi narahat edir - Qule

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada erməni lobbisi bizi narahat edir - Qule

Noyabrın 26-da Rusiya Prezidenti Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış sazişi dəstəklədiyimi dilə gətirməkdən məmnunluq duyuram.

Axar.az xəbər verir ki, bunu fransalı senator Natali Qule deyib.

“Onu da vurğulamaq istərdim ki, sülh razılaşması tərəflərin öz təşəbbüsləridir. Xüsusilə də burada, Fransada siyasi partiyaları sülhə deyil, müharibəyə sövq edən erməni lobbisi bizi dərindən narahat edir və onlar prosesə heç də kömək etmirlər. Məsələnin həlli xaricdən yox, erməni və Azərbaycan xalqından gələcək”, - deyə senator qeyd edib.

Senatorun sözlərinə görə, imzalanmış bu saziş Azərbaycanın geri qaytardığı və öz ərazi bütövlüyünü bərpa etdiyi regionda sülh və sabitlik üçün böyük addımdır:

“Mən bu razılaşmadan sonra özümü çox xoşbəxt və ümidli hiss edirəm. Məncə, bu, çox vacib bir addımdır. Eyni zamanda, bütün dünyadakı erməni lobbisinə yalvarıram ki, prosesə mane olmasınlar. Çünki daha əvvəl dediyim kimi, bu provokativ hərəkətlər hər cür həll yolunu təhlükə altına qoyur. Mən bölgədəki xalqlara hər şeyin ən yaxşısını arzulayıram, bildiyiniz kimi, mən Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan Respublikasını qətiyyətlə dəstəkləyirəm”, - senator əlavə edib.

Tarix
2021.11.29 / 09:00
Müəllif
Tural Əzimzadə
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla