Yuxarı

İrəvandan şok təxribat: Əsgərimizin adını ictimailəşdirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan şok təxribat: Əsgərimizin adını ictimailəşdirdi

Dekabrın 3-də əsgərimizə hücum etdiyi üçün zərərsizləşdirilən və bu gün meyiti ailəsinə təhvil verilən Seyran Sərkisyanla bağlı Ermənistan hüquq-mühafizə orqanları yeni informasiya təxribatına əl atıb.

Axar.az xəbər verir ki, araşdırılma üçün Azərbaycan, Ermənistan hüquq-mühafizə orqanı əməkdaşlarından və Rusiya sülhməramlılarından ibarət qrup olay yerinə baxış keçirib, hadisənin necə baş verməsi haqda əsgərimizdən təfərrüat öyrənilib.

Bunun ardınca isə guya Qarabağdakı separatçı tör-töküntüsü “rus sülhməramlıları ilə əməkdaşlıq” nəticəsində S.Sərkisyanı zərərsizləşdirən Azərbaycan əsgərinin adını öyrənməyə “müvəffəq olub” və əsgərimizin adı media vasitəsilə tirajlanıb.

"Rus sülhməramlıları ilə əməkdaşlıq" nəticəsində adın öyrənilib yayılması əlbəttə ki, erməni məkridir, Ermənistanın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə üz-üzə gələrkən məsuliyyətdən yayınmaq cəhdidir. Ancaq bütün hallarda Azərbaycan hüquq-mühafizə orqanlarına rus sülhməramlılarından da açıqlama tələb etməyə heç nə mane olmur.

Şübhəsiz ki, əsgərimizin adını Qarabağdakı separatçı tör-töküntüsünə sızdıran Ermənistan hüquq-mühafizə orqanlarıdır və İravanın siyasi iradəsindən kənarda deyil. Bu, istintaq sirrini yaymaqla bərabər, terrorun hədəfini də göstərməyə cəhddir. Xüsusilə Norayr Mirzoyanın Şuşa yaxınlığındakı posta qumbara atmasından sonra ermənilərin terroru necə dəstəklədiyi üzə çıxdı. Xankəndidə, rus sülhməramlılarının qoruması altında olan separatçı tör-töküntüsünə təhvil verilən N.Mirzoyanın isə ümumiyyətlə necə “istintaq edildiyi” haqda məlumatımız belə yoxdur.

Azərbaycan əsgərinin adını ictimailəşdirdiyinə görə Azərbaycan Baş Prokurorluğu erməni və rus mütəxəssislərlə birgə sözügedən olayın araşdırılmasını davam etdirməkdəm imtina haqqı qazanır. Hətta bundan sonrakı mümkün belə hallar zamanı Azərbaycan Baş Prokurorluğunun terrorçu ermənini zərərsizləşdirən əsgərimizi erməni və rus istintaqçılara tanıtmamağa, onun ifadəsinin alınmasına imkan verməməyə tam hüquqi əsası var.

Ümid edirik ki, bu faktdan Baş Prokurorluq gələcəkdə maksimum istifadə edəcək.

Ordumuzun isə əsgərimizin təhlükəsizliyi üçün artıq addım atdığına şübhə etmirik.

Tarix
2021.12.05 / 12:37
Müəllif
Şeyx Teymur
Oxunub
30 868
Digər xəbərlər

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

Prezident buna görə Qırğızıstana təşəkkür etdi

Prezidentlərin iştirakı ilə iclas keçirildi

İlham Əliyevin Japarovla təkbətək görüşü keçirildi

Prezidentin Çolpon-Atada rəsmi qarşılanma mərasimi...

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla