Yuxarı

Ruhani Ərdoğana qarşı təbliğat savaşı başlatdı - Fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruhani Ərdoğana qarşı təbliğat savaşı başlatdı - Fakt

İran mətbuatında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə kampaniya başlayıb.

Axar.az xəbər verir ki, "Anadolu" agentliyində dərc olunan məqalədə belə deyilir.

Agentlik iddia edir ki, qaralama kampaniyasında Türkiyənin xarici siyasətinə qarşı ictimai rəy formalaşdırılır və rəsmi Ankaranın İŞİD-ə dəstək verdiyi bildirilir. Misal kimi İran Prezidenti Həsən Ruhaniyə yaxın İRNA nəşrində Türkiyə hökumətinə ittihamlar göstərilir.

Habelə, "Aferineshdaily" adlı qəzetdə Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarının kosmetik olduğunun vurğulanması missal gətirilir.

Məqalədə deyilir ki, kampaniyanın başında duranlardan biri də İranın dini lideri Əli Xameneidir. Aəytullaha yaxınlığı ilə tanınan "Keyhan" qəzeti yazıb ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər İŞİD-in mərkəzi komandanlığıdır və Türkiyə hökuməti ilə İŞİD arasında qarşılıqlı anlaşma var. Belə ki, qəzet rəsmi Ankaranın "İslam dövləti"nə Əsəd rejimini devirmək üçün dəstəyini əsirgəməyəcəyi, əvəzində "cihad"çıların Türkiyə ərazisində terror aktları törətməyəcəyi barədə razılaşma olduğunu yazıb.

"Anadolu" agentliyi İran mətbuatında gedən qara piara dair başqa mətbu orqanlarda dərc edilmiş məqalələri də misal çəkib.

Maraqlıdır ki, Əli Xameneinin Təbriz şəhər təmsilçisi Muhsin Müctehid Şebistarinin də ötən cümə cümə namazında Türkiyənin yer üzündən silinməsi üçün dua etdiyi iddiaları var. Onun İŞİD-in Türkiyə hökumətini devirib, bu ölkəni yer üzündən silməsi arzusunu xütbəsində dilə gətirdiyi deyilir. İran mediası isə Ərdoğan hökumətinin İŞİD-ə dəstəyindən yazır.

Tarix
2015.08.07 / 20:36
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla