Yuxarı

Ermənilər açıqladı: 7 əsgərimiz 62 ermənini əsir götürüb - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər açıqladı: 7 əsgərimiz 62 ermənini əsir götürüb - Video

14:43

Vəkil Vaan Ovannisyan Azərbaycanın qaytardığı erməni hərbçilərin ifadələrini yayımlayıb.

Axar.az xəbər verir ki, bir müddət öncə Ovannisyan özünün Feysbuk səhifəsində tam təchizatlı 62 erməni hərbçisinin bir güllə atılmadan Azərbaycan Ordusu (əslində o əməliyyatı DTX keçirmişdi – red.) tərəfindən əsir götürüldüyünü yaymışdı. Lakin istifadəçilərin əksəriyyəti bu məlumatın doğruluğuna inanmadıqları üçün vəkil əsirlikdən qayıdanların ifadələrini yaymağa məcbur olub.

Əsirlikdən qayıdan S.S. adlı hərbçinin dediklərindən:

“Biz 62 nəfər 15-20 dəqiqə oturduqdan sonra nə baş verdiyini anlamaq üçün bizdən irəlidə olan yoldaşların yanına getməyə qərar verdik. Onlar deyirdilər ki, düşmən tərəfdən kimsə səlis rus dilində “narahat olmayın, hər şey normaldır” deyirdi”.

O, ifadəsində yolda 4-5 nəfər yoldaşını və yerə atılmış erməni silahlarını gördüyünü bildirib. Onların yanında isə digərlərinə də silahlarını təhvil vermələrini deyən azərbaycanlı zabit dayanıbmış.

“İrəli gedəndə ocağın kənarında 3-4 silahlı azərbaycanlının dayandığını gördük. Orda cəmi 7-8 azərbaycanlı var idi”.

Əsirlikdən qayıdan R.K. adlı digər hərbçi də ifadəsində bildirib ki, onlar 62 nəfərlik tam heyətlə öz mövqelərini tərk ediblər və növbə ilə onların hamısı silahlarını təhvil verib. O da həmin ərazidə cəmi 7 azərbaycanlı hərbçi və komandirin olduğunu təsdiqləyib.

Digər hərbçilər də oxşar ifadələr veriblər. Amma bəziləri ifadələrində iddia edib ki, azərbaycanlı hərbçilərin bəzilərinin forması “Yaşma” xüsusi təyinatlılarına aid olub.

Tarix
2021.12.08 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla