Tramp Şahbaz Şərifi Sülh Şurasına dəvət etdi
18:09
| Ana səhifə Toplum |
|
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Şevrolet Kobalt" markalı 90-YL-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan İmanzadə saxlanılıb.
Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sürücü Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.
Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsi idarəetmə hüququnun olmadığı da müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü K.İmanzadə 15 sutka inzibati qaydada həbs edilib.
|
Tarix
2026.01.18 / 16:46
|
Müəllif
Axar.az
|