Yuxarı

Qalmaqal yaradan müsahibə: DGK sədri nə demişdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqal yaradan müsahibə:

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Haqqin.az saytının rəhbəri Eynulla Fətullayevə müsahibəsində bəzi millət vəkilləri ilə bağlı səsləndirdiyi fikirlər kontekstdən çıxarılaraq, müxtəlif cür şərh edilir.

Hətta bu gün Milli Məclisin plenar iclasında da bu müsahibədəki bəzi fikirlər müzakirə edildi. Millət vəkillərindən birinin bu yöndə fikirlərini qiymətləndirən spiker Sahibə Qafarova isə S.Mehdiyevin ona zəng etdiyini, fikirlərinin doğru anlaşılmadığını və təhrif edildiyini bildirdiyini elan etdi.

Əvəzində isə Haqqin.az saytının rəhbəri S.Mehdiyevin bu zəngi etməsinə inanmadığını bildirərək, Gömrük Komitəsi sədri ilə müsahibəsinin səs yazısını yaymağa hazır olduğunu qeyd etdi.

Bəs, kontekstdən çıxarılan mətn əslində necədir?

S.Mehdiyev deputatlarla iki suala cavabında bu məsələyə toxunub.

Axar.az hər iki məqamı təqdim edir.

1-ci məqam:

- Ötən il malların rüsumsuz idxal limiti 1000 dollardan 300 dollara endirildi. Bu, ictimaiyyətdə narazılıq doğurdu. Həmin addım Azərbaycan iqtisadiyyatının inkişafına necə təsir göstərdi?

- Söhbət ilk növbədə Azərbaycan qaunvericiliyinin beynəlxalq qanunvericiliklə unifikasiyasından gedirdi. İstənilən mütərəqqi ölkədə poçt bağlamalarına limit var. Bir yerdə 25 avro, başqasında 100 və hətta 150 avro. Hər yerdə fiziki şəxslərin qeyri-kommersiya məqsədilə daşıdığı mallara limit mövcuddur. Unifikasiyadan əlavə, bizim ikinci məqsədimiz qeyri-bərabər rəqabət və kölgə iqtisadiyyatı ilə mübarizə idi. Bizim əlimizdə logistika şirkətlərinin, daha doğrusu işbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü. Həmin mallar şəxsi ehtiyaclar üçün deyildi.

Əgər bu prosesi dayandırmasaydıq, həmin şəbəkələr qar topası kimi böyüyəcəkdi. Əminəm ki, həmin şəbəkələrin hər biri on minlərlə vətəndaşa qədər genişlənəcəkdi. Məhz bu səbəbdən biz limiti 300 dolara endirdik və vətəndaşlar üçün bəyannamənin fərdi elektron sistemini yaratdıq. Yəni, siz ildə bir dəfə yox, istəsəniz hər ay şəxsi ehtiyaclarınız üçün elektron sistemi vasitəsilə 300 dollar məbləğində mal sifariş edə bilərsiniz. Məqsəd nə idi? Vətəndaş bəyannaməni şəxsən doldurmalı və gömrük orqanlarına təqdim etməlidir. Biz şəxsi istehlak mallarının sifarişinin və idxalının şəffaf prosesini yaratdıq, ölkəyə gömrük nəzarətindən kənar, qanunsuz mal daxil olması cəhdlərini tamamilə məhdudlaşdırdıq. Söhbət qeyri-bərabər və ədalətsiz rəqabətdən gedirdi. Hansısa şirkət ölkəyə mal daşıyırdı, artıq sabahısı gün logistika şirkətləri mütəşəkkil şəbəkənin köməyilə həmin malı gömrükdən keçmədən, rüsumsuz mal kimi gətirirdi. Biz bu qanunsuz fəaliyyəti dayandırdıq. Təsəvvür edin, məhz həmin şəbəkələrin köməyilə Azərbaycana 100 minə qədər mobil telefon daşınıb! Həmin şəbəkələr faktik qaçaqmalçılıqla məşğul olaraq leqal şirkətləri bazardan sıxışdırıb çıxarırdı.

Biz hazırda mükəmməl işləyən sistem yaratmışıq. Vətəndaş öz qadjetindən malı sifariş verir və sifariş onun ünvanına çatdırılır. Daha maraqlı nəticə: islahatdan əvvəl rüsumsuz idxalla 32 logistika şirkəti məşğul olurdu, bu gün həmin rəqəm 208-dir! Elektron alınmaların həcmi ildə 200 milyona yüksəlib. Əvvəllər elektron bəyannamələr yox idi, odur ki, bizdə hətta onlayn alınmaların statistikası aparılırdı.

- Hətta Milli Məclisin bəzi deputatları da limitin azaldılmasının əleyhinə çıxırdılar…

- Sizə səbəbi izah edim. Çünki Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular.

Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox. Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib.

2-ci məqam:

- Son günlər ictimaiyyət idxal olunan yeni avtomobillərin gömrük rüsumlarının yüksək olması ilə bağlı problemi geniş müzakirə edir. Tənqidçilərin fikrincə, bu, gömrükçülərin günahı üzündən ticarət dövriyyəsinin azalmasına səbəb olub. Nə deyərdiniz?

- Bəli, bu məsələ parlamentdə deputatların biri tərəfindən qaldırılıb. Üstəlik, həmin deputat Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinad edib (gülür). Ancaq məsələ ondadır ki, bizim açıqladığımız statistikada söhbət təkcə minik avtomobillərindən yox, idxal olunan bütün nəqliyyat vasitələrindən gedir. Biz əvvəlki illərin dinamikasını da qeyd etmişik. O ki qaldı minik avtomobillərinə, statistikaya diqqət edin: əvvəlki dövrlə müqayisədə avtomobillərin idxalı 20-30 min vahid artıb. Soruşacaqsınız - bəs nəqliyyat sahəsində ticarət dövriyyəsində azalma niyə baş verib? Axı söhbət təkcə minik avtomobillərindən getmir. Deyək ki, Azərbaycan ötən il 505 milyon dollar dəyərində təyyarə və ya 60-70 milyona lokomotivlər alıb və idxal edib, ancaq bu il almayıb. Bu da sizə ticarət dövriyyəsinin azalmasının səbəbi. Təəssüf, bizim bəzi deputatlarımız gömrüyün şəffaf işləməyə başladığına inana bilmir. Buyurub müraciət etsinlər və bütün sənədləri, bütün statistikan təqdim edək.

Tarix
2021.12.14 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla