Yuxarı

Səddam Hüseyn sağdır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səddam Hüseyn sağdır?

Səddam Hüseyn həqiqətən edam olunub. Əlbəttə, onun sağ olduğu haqda şayiələrin səbəbi var. Çünki Səddam Hüseynin 30-dan artıq oxşarı vardı. Onlardan 17 nəfər Səddam Hüseyn adı ilə öldürülüb, oğurlanıb. Dünyada heç bir liderin Səddam Hüseyn qədər oxşarı olmayıb.

Bu sözləri Axar.az-a “Hakimiyyət” qəzetinin baş redaktoru Füzuli Əfqanoğlu İraqın sabiq lideri Səddam Hüseynin sağ olması ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.

Səddam Hüseyn və onun oğlu Udayla vaxtilə tanışlığı olan F.Əfqanoğlu bildirib ki, sabiq liderin oğlanları Uday və Qusay ailələri ilə birlikdə öz evlərində güllələniblər:

“Biz İraqda olarkən öyrəndik ki, Səddam Hüseynin ikinci həyat yoldaşı Kərbəla tərəfdə yaşayır. Səddam Hüseynin bu evlilikdən Əli adında oğlu var. Əli bir neçə il əvvəl İordaniyaya, oradan da Türkiyəyə getdi. O bildirirdi ki, İraqda gec-tez Səddam Hüseynin apardığı mübarizəni davam etdirəcək. Lakin son vaxtlar bu məsələdə sükut yaranıb”.

F.Əfqanoğlu bildirib ki, 1998-ci ildə Tikrit şəhərində Səddam Hüseynin ad günündə olarkən hərbi həyəcan siqnalı verilib. Həmin vaxt orada Azərbaycandan 20-ə yaxın jurnalist, siyasi partiya nümayəndələri və ictimai fəallar iştirak edib:

“Həmin vaxt ABŞ İraqa yalnız Səddam Hüseyni aradan götürmək üçün girmişdi. İraqın bombalanması əlbəttə ki, kimyəvi silah məsələsi deyildi”, - F.Əfqanoğlu deyib.

Onun sözlərinə görə, S.Hüseynin son dövrdə özünü bütün dünyadan təcrid etməsi ABŞ-ın işinə yaradı:

“Bu isə Sovet imperiyasının dağılan, Qarbaçovun ABŞ-ın, Almaniyanın, ingilislərin siyasətinə xidmət etdiyi vaxta düşdü. Səddam Hüseyn təkləndi. Onu böyük şəxsiyyət kimi təqdir etmirəm. Lakin bu gün İraqın vəziyyətinə baxsaq, görərik ki, bəlkə İraq 30 il keçəndən sonra Səddam Hüseynin zamanındakı vəziyyətə qayıda bilər”.

Tarix
2021.12.17 / 10:20
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla