Yuxarı

Ermənilər çox uçur, yoxsa AZAL-la uça bilmirik?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər çox uçur, yoxsa AZAL-la uça bilmirik?

Cənubi Qafqaz ölkələrindən Azərbaycan və Ermənistan hava nəqliyyatı ilə sərnişindaşıma statistikasını açıqlayıb.

Axar.az xəbər verir ki, AZAL 2021-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) hava nəqliyyatı ilə bir milyondan bir az çox (1.003.300 ) sərnişin daşıdığını bildirib. Hətta bu, ötən illə müqayisədə 81,2 faiz çoxdur.

Ermənistanın açıqladığı rəqəmə görə isə 2021-ci ilin 11 ayı ərzində bu ölkəyə 1.055.015 nəfər gəlib, 1.124.460 nəfər isə gedib – yəni hava nəqliyyatı ilə 2.179.475 adam daşınıb.

Olduqca maraqlıdır: necə ola bilir ki, 2 milyonluq Ermənistanda 11 ay ərzində 2.2 milyon adam hava nəqliyyatından istifadə edir, 10 milyonluq Azərbaycanda isə 1 milyon? Üstəlik, nəzərə alsaq ki, hava daşımalarına Naxçıvana uçuşlar da aiddir, onda bu rəqəmin əhəmiyyətli hissəsinin daxili daşımalara aid olduğu üzə çıxar.

Əlbəttə, bunun səbəbi o deyil ki, azərbaycanlılar uçmaq istəmir. Sadəcə, AZAL qiymətlərinin həddən artıq çox olması səbəbindən azərbaycanlılar daha çox Gürcüstandan və yaxud Naxçıvana maşınla gedərək, ordan da avtobuslarla səyahətə üstünlük verirlər.

Gürcüstan hələ statistikanı ictimaiyyətə açıqlamayıb. Gürcüstan hava daşımaları ilə bağlı statistikanı açıqlayanda bəlli olacaq ki, bu ölkənin hava daşımalarında azərbaycanlıların hesabına nə qədər artım var.

Xatırladaq ki, bir müddət öncə deputat Aqil Abbas da AZAL-ın qiymətlərindən şikayətlənmişdi. O, Zəngəzur dəhlizinin açılmasını gözlədiyini, ordan İrəvana gedəcəyini və Türkiyəyə 80 manata bilet alacağını bildirmişdi.

Tarix
2022.01.05 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla