Yuxarı

Türkiyəyə İrəvandan bilet alacam, ucuzdur - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəyə İrəvandan bilet alacam, ucuzdur - Deputat

AZAL qiymətləri qaldıra-qaldıra gedir. Gözləyirəm Zəngəzur dəhlizi açılsın, ordan İrəvana gedəcəm və Türkiyəyə 80 manata bilet alacam.

Axar.az Aznyus.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında "Turizm haqqında" qanuna münasibət bildirərkən deyib.

"AZAL hər dəfə qiymətləri qaldırır. Biz bunu burda müzakirə etməklə nəsə dəyişmir. Türkiyə bu yaxınlarda İrəvanla hava yolunu açacaq. Biletlərin qiyməti də 80 manatdır. Gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın, ordan Türkiyəyə daha ucuz gedəcəyəm. Hörmətli Sahibə xanım, çox xahiş edirəm, bu məsələni diqqətinizdə saxlayın. Belə olmaz. Turizmin inkişafına mənfi təsir edən əsas amillərdən biridir.

Benzin, dizel bizim... Üstəlik AZAL da subsidiya alır. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Sözümüzün havada qalmaması üçün bəlkə bu barədə danışmayaq?! AZAL da qiymətləri qaldıra-qaldıra getsin. Allahın bir dənə "Zirə” komandasını da saxlaya bilmədi. Heç olmasa, komandanı saxlaya bilmirsən, qardaş?! O gün oxuyuram ki, oteldə 2 gecə 3 günlük qiymət 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Mən gedəcəm o hotelə? Əlbəttə, yox!” - deyə, millət vəkili qeyd edib.

Tarix
2021.12.14 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla