Yuxarı

Professordan önəmli təklif: “Mütləq dəyişməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professordan önəmli təklif: “Mütləq dəyişməlidir”

Orfoqrafiya lüğətinin sonuncu buraxılışı həddən artıq uğursuz məlumat kitabıdır.

Bu sözləri Axar.az-a AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, tanınmış media eksperti, professor Qulu Məhərrəmli mətbuatda bəzi sözlərin yazılışında səhvlərlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bəzi xüsusi isimlər və sözlər var ki, jurnalistlər onun orfoqrafiq yazılışında yanlışlığa yol verir və buna səbəb də lüğətdə olan nöqsanlardır:

"Orfoqrafiya lüğətinin sonuncu – 2014-cü il nəşri tezliklə dəyişdirilməli, cilalanmalıdır. Kitabın mütləq şəkildə yenilənməyə ehtiyacı var. Lüğət yeni, süni sözlər artırmaq hesabına şişirdilib. Lüğətlərin hazırlanması kollektiv yaradıcılıq məhsuludur. Bu işlə çox ciddi alimlər məşğul olmalıdır. Lüğət işi nəşriyyat biznesinə tabe olmamalıdır. Sonuncu Orfoqrafiya lüğətində mübahisəli məqamlar var. Bunlar aradan qaldırılmalı, lüğət mütləq dəyişdirilməlidir. Lüğətdə problemlər xüsusilə alınma sözlərlə əlaqədardır. Belə olduğu təqdirdə də sayt və qəzetlərdə həddindən artıq səhvlər qeydə alınır. Məsələn, lüğətdə sözün düzgün yazılış forması kimi "hotel" qeyd edilib. Ancaq bu sözü hər kəs "otel" kimi qəbul edib, əksəriyyət belə yazır və belə də tələffüz edir. Bu artıq "otel" kimi qəbul edilmiş sözdür. Sözün əvvəlinə kar samit artırmaq dili qəlizləşdirir. Onsuz da tələffüzdə "h" hərfi eşidilmir. Bu səbəbdən hər kəs qəbul etdiyi formada yazılmalıdır. İlk hərfin ləğv edilməsi daha məqsədəuyğundur".

Q.Məhərrəmli qeyd edib ki, dilimizdə və yazılışda problem yaradan sözlərdən bəziləri də Çin mənşəli, "ts" hərf birləşməsiylə yazılan xüsusi adlardır:

"Qəbul olunmuş qaydaya görə, Azərbaycan dilinə rus dilindən keçən "quyruqlu ç" hərfi ilə yazılan sözlərdə həmin hərf sözün baş hərfidirsə, "s" kimi yazılmalıdır. Mövcud orfoqrafiya qaydalarına görə bu bir qaydadır. Sözün ortasında gəlirsə, "ks" kimi yazılmalıdır. Son vaxtlar tendensiya ona yönəlib ki, elə sözün ortasında da gələndə "s" kimi yazılsın. Məsələn, əvvəl "litsey" kimi yazılan sözü indi "lisey" kimi yazırıq. Hesab edirəm ki, tədricən bir səsi elə bir hərflə də əvəz etmək lazımdır. Əksər dilçilər bu təklifi irəli sürür. Bir səsi iki hərflə göstərmək yazıda artıqlıq yardır. Çaşqınlığa və səhvə səbəb olmaması üçün qaydanın bu şəkildə olması məqsədəuyğundur".

Tarix
2015.08.15 / 09:29
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla