Yuxarı

Redaktorlar kimləri fəal deputat saydı? – Sorğu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Redaktorlar kimləri fəal deputat saydı? – Sorğu

Milli Məclisə keçiriləcək seçkilərə qısa müddət qalıb. Daha bir beş illik dönəm geridə qalır - parlamentin yeni tərkibi noyabrda formalaşacaq. Daim siyasi prosesləri izləyən və xəbərləri incələməklə məşğul olan redaktorlar deputatlardan kimi aktiv, kimi passiv hesab edir?

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Axar.az-a bir neçə deputatın adını çəkib:

"Aktiv deputat deyəndə ilk ağıla gələnlərdən Qənirə Paşayeva, İqbal Ağazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Çingiz Qənizadənin adını çəkə bilərəm. Heç danışmayanlar, passivlər isə ayrı-ayrı vaxtlarda rəqiblərim olmuş Eldar Quliyev və Sədaqət Vəliyevadır".

Baş yazar hesab edir ki, parlamentdə fəal olan və olmayanların sayı təxminən bərabərdir: "Parlament danışmaq üçün yerdi. Deputatın dövlətlə, cəmiyyətlə təmas yeridi. Orda susmaq məntiqsiz bir işdir".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid hesab edir ki, Fazil Mustafa fəallıq baxımdan bu 5 ildə daha çox diqqət çəkib:

"Onun həm mətbuatda, televiziyada, həm sosial şəbəkələrdə fəallığını qeyd etmək olar. Eyni zamanda, Qüdrət Həsənquliyevlə Aqil Abbas fəaldırlar.

Ancaq fəal olmayanlar üstünlük təşkil edir. Hətta bir tədbirdə Sevinc adlı xanımla söhbətləşdik. Yalnız orada bildim ki, Sevinc xanım millət vəkili imiş. Ola bilsin ki, seçiciləri tanıyır, amma ictimaiyyətin tanımadığı deputatlar çoxdur".

"Ədalət" qəzetinin təsisçisi, deputat Aqil Abbas ən aktiv deputatlardan bir neçəsinin adını açıqlayıb: "Zahid Oruc, Sabir Rüstəmxanlı, Elman Məmmədov, Abel Məhərrəmov... başqa fəal deputatlarımız da var".

A.Abbas jurnalist kimi öz deputat fəallığına da qiymət verib: "Aqil Abbas da fəal deputatlardandır".

"Lent.az" informasiya portalının baş redaktoru Qabil Abbasoğlunun fikrincə, parlament jurnalistləri bunu daha dəqiq söyləyə bilər. Onun sözlərinə görə, baş redaktor olaraq deputatların fəaliyyətini izləsə də, ad çəkmək istəmir:

"Amma arzu edirəm ki, ictimaiyyətin onları yaxşı tanıması üçün daha fəal olsunlar".

Tarix
2015.08.15 / 09:40
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla