Yuxarı

Kopırkin Rubinyanla yenə Türkiyəni müzakirə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kopırkin Rubinyanla yenə Türkiyəni müzakirə etdi

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlarda erməni tərəfinin təmsil edən nümayəndə Ruben Rubinyanla Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə Türkiyə və Ermənistan arasında normallaşma istiqamətində danışıqlar müzakirə edilib.

Qeyd edək ki, bundan öncə R.Rubinyan Fransa Prezidenti Administrasiyasının kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümon və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə Türkiyə ilə normallaşma məsələsini müzakirə etmişdi.

Maraqlıdır ki, Türkiyə nümayəndə heyətinin rəhbəri Sərdar Kılıçla Ruben Rubinyanın ilk görüşü 14 yanvarda Moskvada keçirilmişdi. Görüşdən dərhal sonra Rubinyan Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko ilə təkbətək görüşərək, Türkiyə nümayəndəsi ilə danışıqları barədə məlumat vermişdi.

14 yanvardan bəri hər hansı görüş və əlaqə olmasa da, Rusiya səfiri Kopırkinin bu məsələ ilə bağlı Rubinyanla təkrar əlaqə qurması diqqət çəkir. Görünür, növbəti görüş üçün təlimat verilir.

Tarix
2022.01.21 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla