Yuxarı

Argentinanın qəzetində ölkəmizlə bağlı məqalə dərc edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın nüfuzlu və geniş oxucu auditoriyasına malik “La Nacion” qəzetində səfir Rəşad Aslanovun müəllifi olduğu, 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “Azərbaycanın müstəqilliyə doğru ilk addımları” sərlövhəli məqalə dərc edilib.

Səfirlikdən Axar.az-a bildirilib ki, məqalədə 20 Yanvarın Azərbaycanın tarixinə “Qara Yanvar”, ölkənin azadlığı və müstəqilliyi uğrunda qəhrəmanlıq mübarizəsi günü kimi əbədi həkk olunduğu, həmin günün ciddi itkilərə, günahsız insanların qətlə yetirilməsinə gətirib çıxarsa da, eyni zamanda SSRİ-nin Azərbaycana qarşı xəyanətkar siyasətinə daha dözə bilməyən, azadlıq və müstəqillik üçün səsini ucaldan xalqın cəsarətini və mübarizəyə hazırlığını nümayiş etdirdiyi qeyd olunur. Həmçinin, 1990-cı ilin 20 Yanvar faciəsinin xalqı müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolda ilk sınaq və mənəvi qələbə olduğu, yaxşı silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan Azərbaycan xalqının sınmadığı, istiqlal əzmini itirmədiyi vurğulanır.

Yazıda faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin ofisinə gələrək, burada xalqı ilə həmrəy olduğunu bildirdiyi, qanlı faciə törətmiş sovet rəhbərliyini qətiyyətlə pisləməsi və onları ifşa etməsi bildirilir: “Mən Azərbaycanda baş verən hadisələri qanunun, demokratiyanın, humanizmin və hüquqi dövlət quruculuğu prinsiplərinin pozulması kimi qiymətləndirirəm. Əgər Dağlıq Qarabağ hadisələrinin başlanğıcında yüksək partiya rəhbərləri lazımi addımları atsaydılar, biz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı başlanmış ölümcül hərbi hücuma səbəb olan gərginliyin artması ilə üzləşməzdik. Bu cinayətdə əli olanlar layiqincə cəzalandırılmalıdır”.

Həmçinin, 20 Yanvar faciəsinin Azərbaycanın milli kimliyinin formalaşmasında həlledici amil, milli müstəqilliyin bərpasında dönüş nöqtəsi olduğu, məhz 20 Yanvar faciəsinin milli azadlıq hərəkatını siyasi reallığa çevirdiyi və Azərbaycan xalqının müstəqillik mübarizəsinə güclü təkan verdiyi diqqətə çatdırılır və bu proseslərin nəticəsi kimi Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdiyi qeyd olunur.

Məqalənin sonunda hər il yanvarın 20-də minlərlə insanın Azərbaycan tarixinin şanlı səhifəsinə adlarını öz qanı ilə həkk etmiş Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət etdiyi diqqətə çatdırılır.

Tarix
2022.01.23 / 20:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla