Yuxarı

İrəvan qarışa bilər, Sərkisyan ona görə getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan qarışa bilər, Sərkisyan ona görə getdi

Düşünürəm ki, Armen Sərkisyanın istefası Paşinyanın təzyiqi ilə olub. Çünki Sərkisyanın istefası Ermənistanda kifayət qədər ciddi əsasa söykənmir. O, istefasında səlahiyyətlərinin aşağı olduğunu bildirib. Halbuki prezident seçiləndə də bilirdi ki, Ermənistanda prezidentin səlahiyyətləri məhduddur.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Ermənistan Prezidenti Armen Sərkisyanın istefa verməsi barədə danışarkən deyib.

“Sadəcə, Armen Sərkisyan köhnə komandanın - Serj Sərkisyan, Robert Köçəryan kimi köhnə prezidentlərə bağlı adamdır. Ermənistanda Xocalı qətliamını törədən qaniçən bir Qarabağ klanı var, Armen Sərkisyan bu klanın üzvüdür. Onun Baş nazir Nikol Paşinyanla uzun müddət yola getməyəcəyi onsuz da bəlli idi”, - politoloq bildirib.

Onun sözlərinə görə, son aylar A.Sərkisyan aktiv rol oynamağa çalışırdı:

“BƏƏ, İordaniya, Misirə və s. səfərlər etdi ki, ölkəyə yenilik gətirən prezident kimi ön plana çıxsın. İki gün öncə də 200 MVt-luq günəş stansiyası üçün BƏƏ-dən maliyyə aldı. Hətta 150 ədəd zirehli hərbi texnika almaq barədə də razılıq əldə etmişdi. Göstərmək istəyirdi ki, real olaraq iş görür”.

Onun sözlərinə görə, Sərkisyanın bu fəaliyyəti fonunda qəfil istefası göstərir ki, Paşinyan onunla razılaşmayıb:

“Paşinyan Ermənistanın hazırki qanunvericiliyinə uyğun olaraq Baş nazirin səlahiyyətlərini qəsb etməyə Sərkisyana icazə verməyib. Seçki öncəsi də Sərkisyan Paşinyanı istefaya çağırırdı, onun əleyhinə addımlar atırdı. Düşünürəm, Paşinyan bütün bunlardan bezdi və öz yerini möhkəmləndirən kimi artıq Sərkisyanın ayağına dolaşmasına, keçmiş Qarabağ klanının bu şəkildə ona nəzarət etməsinə qarşı çıxdı”.

T.Rzayev qeyd edib ki, Sərkisyanın istefa verməsinə ikinci səbəb Ermənsitanın daxilində güclü təlatüm gözlənilməsi ola bilər:

“Ola bilsin, Qazaxıstanın ssenarisinə oxşar ssenari ilə Ermənistanda Paşinyanı hakimiyyətdən endirmək istəyirlər. Hansısa qanlı ssenari də ola bilər. Mümkündür ki, Sərkisyan bu çevrilişdə iştirak etmək və adının hallanmasını istəməyib. Ona görə də indi vəzifəni tərk edib. Ümumi ictimai vəziyyət ölkədə sabitləşərsə, düşünürəm, sonradan Sərkisyan hər hansı yolla yenidən aktiv siyasətə qayıda bilər”.

Tarix
2022.01.24 / 12:23
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

İlham Əliyev Xocalıda hərbçilər üçün tikilən evlərlə tanış oldu

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Prezident Xankəndi Mədəniyyət Mərkəzinin açılışında

Britaniyanın yeni səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla