Yuxarı

"İlham Əliyev yeni telekanal təşəbbüsünü dəstəkləyir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İlham Əliyev yeni telekanal təşəbbüsünü dəstəkləyir"

Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasının əsasında nəinki regionda, eləcə də bütün dünyada baş verən hadisələrə operativ reaksiya verilməsi üçün türk dünyasında ümumi informasiya məkanının qurulması ehtiyacı dayanır.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, kanalın Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təklifi ilə yaradılma ideyası türk dövlətlərinin liderləri tərəfindən dəstəklənmişdi.

PA rəsmisi deyib ki, yeni kanal xəbərlər və informasiya sahəsində inhisara müqavimət göstərməyə imkan verəcək, baş verən hadisələrlə bağlı öz versiyasını təqdim edəcək.

Ə.Həsənov qeyd edib ki, kanalın yaradılması ilə bağlı Astanada Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında birgə sənəd imzalanıb:

"Hesab edirik ki, indi dövlətlərimizin informasiya və KİV sahəsində əməkdaşlığını gücləndirmək, xüsusilə milli kanallar və informasiya texnologiyaları arasında anlaşma memorandumun imzalanması zamanıdır. Bu baxımdan bu sahədə atılan addımlar və işlərin koordinasiyası bizim üçün çox mühüm məsələdir. Burada təmsil olunan 4 türkdilli dövlət birgə xəbər kanalı yaratmaq qərarına gəlib".

PA rəsmisi çıxışında vurğulayıb ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev bu təşəbbüsü dəstəkləyir. Azərbaycan türkdilli dövlətlərlə informasiya agentliklərinin, milli kanalların fəaliyyətinə ümumi qazanc gətirmək üçün iqtisadi, ictimai-siyasi sahədə bütün mövcud təcrübəsini bölüşməyə hazırdır.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, kanal yaradılandan sonra türk dünyasının beynəlxalq ictimaiyyətin gözündə nüfuzunun artacağına əmindir, birgə kanalın yaradılması isə regionda və dünyada baş verən hadisələrə müsbət təsir göstərəcək.

Ə.Həsənov qeyd edib ki, Beynəlxalq Türk Xəbər Kanalı nəinki bu kanalı yaradan 4 ölkədə, eyni zamanda, Rusiya, İran kimi qonşu dövlətlərdə də baş verən hadisələri obyektiv və müstəqil şəkildə işıqlandıracaq.

Tarix
2015.08.19 / 10:34
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla