Yuxarı

DİN blogerlər arasında müsabiqə elan etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN blogerlər arasında müsabiqə elan etdi

Daxili İşlər Nazirliyi (DİN) anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə blogerlər arasında müsabiqə elan edib.

Axar.az xəbər verir ki, müsabiqələrin mövzuları və keçirilmə qaydaları aşağıdakılardır:

1. Narkotik vasitələrin qanunsuz dövriyyəsində polis əməkdaşlarının qətiyyətli mübarizəsi;

2. Narkotik vasitələr və psixotrop maddələr insan sağlamlığını və psixologiyasını məhv edir;

3. Narkotik vasitələr və psixotrop maddələr stresi azaltmır, problemləri həll etmir;

4. Narkotik vasitələr və psixotrop maddələr istifadəçilərin həyatını məhv edir;

5. Narkotik vasitələr və psixotrop maddələr ailələrin dağılmasına, sonsuzluğa və digər ağır fəsadlara səbəb olur.

6. Narkotik vasitələrin və psixotrop maddələrin insan üçün heç bir faydası yoxdur;

7. Narkomanlıq bir şəxsin yox, bir ailənin faciəsidir.

Müsabiqə “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı foto (fotoaparat ilə)” və “Ən yaxşı mahnı (klip)” nominasiyaları üzrə keçirilir.

Təqdim olunan film, foto və mahnıya qoyulan tələblər:

1. Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.

2. Təqdim olunan materiallar müəyyən edilmiş mövzuları tam əhatə etməlidir.

3. Daha əvvəllər hazırlanmış və yayılmış videolar olmamalıdır.

3. Müsabiqə üçün hazırlanmış materiallar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində yaradılmış Xüsusi Komissiyaya təqdim olunmalıdır.

Materialların qəbul qaydaları:

- Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı;

- Daxili İşlər Nazirliyinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələri “tag” edilməli və müəllif tərəfindən izlənilməli;

- #narkotikəyoxdeyək #narkotikləmübarizədəpolisədəstəkolaq #narkotikmüsabiqə həştəqləri ilə birlikdə paylaşılmalı;

- Hazırlanan materiallar və paylaşılan səhifələrə keçid linkləri, o cümlədən anket məlumatı və əlaqə nömrəsi [email protected] elektron poçtuna göndərilməli.

Müsabiqəyə təqdim olunmuş materialların mükafatlandırılması

Hər istiqamət üzrə 3 qalib müəyyən edilir:

I yer - 1000 AZN

II yer - 500 AZN

III yer - 300 AZN

Qeyd edək ki, paylaşılan materiallara baxış sayı qalibin müəyyən edilməsində rol oynayacaq.

Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7

Əlaqə telefonları: (012) 590 98 44

Elektron ünvan: [email protected]

Tarix
2022.02.05 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla