Yuxarı

Ermənilər cəbhə xəttini minaatanlardan atəşə tutdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər cəbhə xəttini minaatanlardan atəşə tutdu

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 167 dəfə pozub.

Axar.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Qorqan, Şirvanlı, Cəvahirli, Çıraqlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Tarix
2015.08.24 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla