Yuxarı

İrəvan kənarlaşdı, Rusiya İran üzərindən şərt qoydu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İranla imzaladığı memorandum bölgədə yeni düzən yaradacaq. İran Azərbaycana imkan yaradır ki, Bakı Ermənistanı yenidən oyundankənar vəziyyətə salsın, bu ölkənin kommunikasiya xəttinə qoşulmasını əngəlləsin. Günah Ermənistan hakimiyyətindədir, İrəvan Moskvaya güvənərək Qərbi Zəngəzur dəhlizinin açılması məsələsini yubatdı. Azərbaycan isə İrana imkan yaradır ki, yeni dəhliz vasitəsilə bölgədə rolunu və gəlirlərini artırsın, böyük arteriyanın tərkib hissəsinə çevrilsin.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycanla İran arasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya əlaqəsinin yaradılması ilə bağlı imzalanan saziş haqda qeyd edib.

O bildirib ki, Qərbin nüvə məslələsinə görə İrana sanksiyaları davam edir:

“Bu sanksiyaların yumşalması və Qərbin Tehranla əməkdaşlığı genişləndirməsi artıq Azərbaycanın da maraqlarına cavab verir. Əslində Rusiyanın Ukraynaya işğalı fonunda Vaşinqton və Brüssel İranla anlaşmağa həvəsli görünürlər. Tehranın üzərindən sanksiyalar götürülərsə, İran Avropa bazarına daha çox neft və qaz ixrac edə bilər ki, bu da köhnə qitəni Rusiyanın enerji asılılığından böyük ölçüdə xilas edə bilər. Ancaq Kreml hadisələrin bu istiqamətdə inkişafına mane olmağa başlayıb. Məsələ burasındadır ki, Rusiya İranla aparılan “5+1” formatındakı danışıqlarda yer alıb. Hər hansı anlaşmanın imzalanması üçün Kremlin də razılığı vacibdir. Kreml isə İranla anlaşmanın imzalanması üçün yeni şərt irəli sürüb: “İranla əməkdaşlıq edəcək Rusiya şirkətləri ABŞ və Avropa Birliyinin sanksiya siyahısından silinməlidir”.

Elxan Şahinoğlunun fikrincə, bu şərt qəbul edilməyəcək:

“Vaşinqton və Brüssel Rusiyanın Ukraynanı işğalı fonunda Kremlin bu şərtini yerinə yetirməyəcək. Çünki əgər Moskvanın şərti yerinə yetirilərsə, Kreml hiylə işlədib sanksiya altındakı əsas şirkətlərini simvolik olaraq İranla müxtəlif sazişlərə yönəldəcək. Qərb buna şərait yaratmayacaq. Kreml imkanı daxilində Qərbin İranla saziş imzalamasına mane olmaq istəyəcək. Belə olan halda İranın maraqları Rusiyanın maraqları ilə kəsişəcək. İranın Rusiya ilə tərəfdaşlıq münasibəti olsa da, Tehran ölkə vətəndaşlarını düşünməli və neft-qaz satmaqla gəlirlərini artırmalıdır.

Vaşinqton və Brüssel İranla yeni saziş imzalamaq üçün Rusiyanı kənarda qoyan formullar üzərində düşünür. “5+1” formuluna görə İranın istifadə etdiyi uran Rusiyaya daşınmalıdır. Əgər Qərb Rusiyanı oyundan çıxarmaq istəyirsə, İranın istifadə etdiyi uranın hansısa başqa ölkəyə daşınmasını təmin etməlidir. Belə ölkə tapılarsa, məsələ həll olunacaq”.

Tarix
2022.03.13 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla