Yuxarı

“Tələbələrin saqqalı”na ekspertlər rəy verir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son zamanlar bir sıra universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri təhsil haqqında qanuna ziddir. Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqa saxlamasına müdaxiləsi yolverilməzdir".

Bu sözləri "Axar.az"a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib. O, bildirib ki, hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir:

Saç-saqqal tələbənin öz seçimidir

"Ola bilsin ki, təhsil haqqında qanunda hansısa məsələlərə toxunulmayıb. Əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər. Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər təhsil haqqında qanunun da demədiyi sözü deyir. Dolayısı ilə, qanundan kənar addım atılır.

Təhsil sahəsində olan dərəbəyliklər Misir Mərdanovun dövründə baş verdi. O, əsas diqqətini pul gətirən sahələrə yönəltdi. Orta məktəblərə, bağçalara fikrini yönəldərək pul qazanmaqla məşğul idi. Belə olan halda da universitetlərdəki qaydaları rektorlar özləri tənzimləməyə başladılar və beləliklə, hər universitetdə ayrı-ayrı qaydalar yaranmağa başladı. Ali təhsil müəssisələrinin əksəriyyəti-təxminən 8-9 nəfəri Milli Məclis üzvü olduğuna, digərləri də nüfuz sahibi olduğuna görə, heç kim onlara heç nə demir. Buna görə də istədikləri özbaşınalıqları edirlər. Bakı Dövlət Universitetində Abel qaydaları, Xarici Dillər Universitetində Səməd qaydaları, Texniki Universitetdə Havar qaydaları, Milli Konservatoriyada Siyavuş qaydaları hökm sürür".

Təhsil eksperti yeni nazirlə bağlı fikirlərini də bildirdi: "Bütün bunlara nazir səviyyəsində müdaxilə olunmalıdır. Yoxsa bu özbaşınalıqla təhsildə heç bir uğur əldə etmək olmaz. Yeni təhsil naziri islahatlar aparmaq istəyirsə, elə bu məsələdən başlaya bilər. Ancaq başqa bir məsələ də var ki, təzə nazirin bunlarla işləməyə gücü çatacaqmı?"

Gəncləri düzgün yola gətirmək lazımdır

Məsələ ilə bağlı "Axar.az"a danışan millət vəkili Fəzail İbrahimli isə məsələlərə milli və nizam-intizam rakursundan yanaşmağın tərəfdarı olduğunu bildirdi:

"Universitet rektorları Təhsil Nazirliyindən hər hansı bir göstəriş alıb-almamasından ziyadə bu onların borcudur ki, sahib olduqları müəssisələrdə, universitetlərdə səliqə-sahman, nizam-intizam yaratsınlar. Yanlış mövqedə olan gəncləri isə düzgün yola gətirmək lazımdır. Tutaq ki, auditoriyada olan 20 tələbə tamam başqa bir ruhdadır, bir tələbə isə saçını uzadıb, buruq hala gətirib. Biz ona deməliyik ki, bu insan azadlığıdır, şəxsiyyət azadlığına toxunmaq olmaz?! Yox! Bəzi dəyərlər var ki, onlardan kənara çıxmaq olmaz".

Tarix
2013.10.25 / 14:49
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla