İlham Əliyev Tomaş Tarabanı qəbul etdi
15:08
| Ana səhifə Gündəm |
|
Sosial mediada baxımsız vəziyyətdə olan tarixi Rob-e Rəşidi tarixi kompleksinin Təbriz şəhər sakini tərəfindən çəkilən videosu yayılıb.
Axar.az xəbər verir ki, videonu çəkən vətəndaş İran hökumətinin Azərbaycan memarlığında tikilmiş bu tarixi kompleksi baxımsız vəziyyətdə saxlamasını tənqid edib.
Təbrizin Abbasi küçəsində yerləşən bu tarixi məkan əslində Təbrizdə təxminən 700 il öncə Rəşidəddin Fəzlullah Həmədaninin adına yaradılmış bir növ universitet olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, bundan öncə də sosial mediada Güney Azərbaycanın bir sıra şəhərlərində Azərbaycan memarlığı əsasında tikilmiş tarixi binaların baxımsız durumda saxlanılması, ya da hökumət tərəfindən müxtəlif bəhanələrlə dağıdılmasına dair video və xəbərlər yayılıb.
|
Tarix
2022.04.02 / 21:23
|
Müəllif
Gülnarə Kazımova
|