Yuxarı

Siyavuş Novruzov YAP-ın seçki siyahısından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siyavuş Novruzov YAP-ın seçki siyahısından danışdı

Deputatlığa namizədlərin imza vərəqələrinin seçki dairələrinə təqdim olunması sentyabrın 12-dən başlanacaq.

Bunu Axar.az-a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, imza vərəqələrinin təhvil verilməsinə hələ zaman var və bu prosesdə heç kəs gecikmir.

YAP rəsmisi qeyd edib ki, seçki qanunvericiliyinə görə, namizəd olmaq istəyən istənilən şəxsin oktyabrın 2-nə qədər imza vərəqələrini dairələrə təqdim etmək imkanı var: "Ona görə də gecikmədən söhbət gedə bilməz, zaman kifayət qədər böyükdür" .

S.Novruzov YAP-ın seçkilərə iştirak edəcək namizəd siyahısının yaxın vaxtlarda açıqlanacağını söyləyib. Amma millət vəkili növbəti dəfə konkret zamanı söyləməkdən imtina edib.

Onun fikrincə, siyahının açıqlanmasında hər hansı yubanma yoxdur: "Hər bir proses öz axarı ilə gedir və siyahının əvəlkindən fərqli olub-olmadığını açıqlqnanda görəcəksiniz".

Qeyd edək ki, parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Tarix
2015.09.07 / 17:07
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla