Yuxarı

Bu ölkələr uğrunda savaş başlayır: yaşıl enerji xammalı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı iqlimlə bağlı problemləri həll etmək üçün bərpa olunan enerji texnologiyalarına böyük sərmayə yatırır; elektrikli avtomobillər, çiplər, külək turbinləri və günəş panelləri kimi yaşıl transformasiyaya töhfə verəcək məhsulların istehsalı üçün xammalardan intensiv istifadə olunur.

Axar.az xəbər verir ki, Avropa Birliyinin iştirakı ilə Avropa Metal İstehsalçıları Birliyi “Eurometaux” tərəfindən aparılan araşdırmaya görə, iqlim dəyişikliklərinin önünə keçmək üçün 2050-ci ildə daha çox faydalı qazıntılara ehtiyac yaranacaq.

Beləliklə, 2050-ci il üçün bu xammallara ehtiyac artacaq:

- 5 milyon ton alüminium (bugünkü istifadə ilə müqayisədə 33% artım)

- 5 milyon ton mis (artım +35%)

- 800.000 ton litium (artım +350%)

- 400.000 ton nikel (artım +100%)

- 300.000 ton sink (artım +15%)

- 200.000 ton silikon (artım +45%)

- 60.000 ton kobalt (artım +330%)

İqtisadçı ekspert Natiq Cəfərli bu faydalı qazıntılar və metalların mədən sənayesinin sahəsinin genişlənməsinə səbəb olacağı halda əlavə ekoloji problemlərin yaranıb-yaranmayacağını sual edib:

“Bu gün belə sual vermək populyar deyil, amma verilməlidir, çünki dünyanı inkişafa ancaq doğru suallara düzgün cavablar apara bilər.

Məsələn, litiumun ən çox ehtiyatı Boliviya, Çili və Argentinadadır, deməli, bu ölkələr uğrunda mübarizə qızışacaq, Boliviyada son zamanlar olan-bitənlər buna sübutdur (Çinin bu ölkəyə ekspansiyası da xeyli artıb).

“Tesla” avtomobilinin batareyaları üçün hər maşına 63 kq 99,5% təmizliyə malik litium lazımdır, hər 1 kq litium almaq üçün 25 m2 ərazi qazılmalı (daha doğrusu işlənilməlidir), təqribən, 5 litr su istifadə olunmalıdır. Yəni “Tesla”ya 1 batareya istehsal etmək üçün 1575 m2 yer qazılmalı, 315 litr su istifadə edilməlidir. Bu, ekologiyaya ziyan vurmurmu?!

Və ya litium olan ölkələrdə demokratik hakimiyyətlərin qurulmasında dünya elitası maraqlı olacaqmı?! Axı, demokratik hakimiyyətlər daha çox nəzarət funksiyaları yarada, ekoloji problemləri qabarda bilərlər?!

Daha bir misal, kobalt: ən çox ehtiyat Konqodadır, dünya ehtiyatlarının 60%-i bu ölkədədir, böyük ehtiyatlar Zambiyada da var və hər iki ölkə mədənləri Çin şirkətlərinin əlindədir (ABŞ-Çin qarşıdurması, əslində, həm də “metal” qarşıdurmasıdır). Sizcə, bu iki Afrika ölkəsində ekologiya öndə olan məsələdir?! Demokratik təsisatlar varmı bu ölkələrdə? Yoxdur.

Kobaltın istehsalı üçün qazma işləri ekologiyaya ziyan vururmu?! Əlbəttə vurur, mədən sənayesi bu metalı qazıb-çıxardandan sonra mütləq kislota, ammiak və xlorla emal edilməlidir – çox toksik və ekoloji zərərli istehsaldır. Bəs bu haqda düşünən varmı.

Və ya yuxarıda qeyd etdiyim metalların qiyməti son 10 ildə 5 dəfədən çox artıb – məsələn, bu gün 1 ton kobaltın qiyməti 81.235 dollardır. Əgər bu siyahıda olan metallar kəskin bahalaşmaqda davam edəcəksə, sabah bir elektromobil neçəyə olacaq?! Bu da vacib sualdır”.

Tarix
2022.05.04 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla