Yuxarı

Tiflis-Bakı-Ankara formatı mühüm mexanizmdir - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis-Bakı-Ankara formatı mühüm mexanizmdir - XİN

2012-ci ildə xarici işlər nazirləri tərəfindən yaradılmış (Trabzon deklarasiyası) Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatı çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində mühüm siyasi mexanizmdir.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) Türkiyə ilə diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü ilə bağlı yaydığı məlumatda bildirilib.

Bildirilib ki, mexanizmə prezidentlər, parlamentlərin xarici əlaqələr komitələri, müdafiə nazirləri və həmçinin digər qurumlar səviyyəsində əməkdaşlıq formatları da daxildir. Üçtərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün üçtərəfli biznes forumların keçirilməsi təcrübəsinin də olduğu vurğulanıb.

XİN Gürcüstan və Türkiyənin birgə səyləri ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz kəməri kimi regional enerji layihələrinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Cənub Qaz Dəhlizi (TANAP və TAP) və Bakı-Tiflis-Qars dəmir yolu layihələrinin tam həyata keçirilməsi üçün fəal əməkdaşlığın davam etdirildiyi qeyd olunub.

Tarix
2022.05.21 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla