Yuxarı

Paşinyan eyni vaxtda üç stulda oturmaq istəyir - Korotçenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Azərbaycana öz strateji tərəfdaşımız kimi baxırıq və bu əlamətdar gündə Azərbaycan xalqına və Azərbaycan dövlətinə ən səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.

Axar.az xəbər verir ki, bunu “Milli müdafiə” jurnalınının baş redaktoru İqor Korotçenko deyib.

Ekspert Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın işi haqqında suala cavab verərək deyib:

“İndi biz ziddiyyətli bir vəziyyət müşahidə edirik. Bir tərəfdən Ermənistan rəhbərliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sonrakı demarkasiyası prosesinə başlamağa hazır olduğunu bildirir, digər tərəfdən - siyasi turbulentlik, Ermənistan müxalifəti tərəfindən revanş cəhdləri Ermənistanın Baş naziri Nikol Paşinyanın fəaliyyəti üzərinə müəyyən məhdudiyyətlər qoyur. Paşinyan eyni vaxtda üç - Amerika, Rusiya və Avropa stullarında oturmaq istəyir”.

İ.Korotçenkonun fikrincə, Ermənistan üçün Azərbaycanla münasibətlər qurulması və Azərbaycanın ərazi bütövlüyünün qəti tanınması şərtilə sülh müqaviləsinin imzalanması prosesinin alternativi yoxdur.

Ekspert Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilmiş sammitin nəticələrinə də toxunub. O deyib: “Bütövlükdə, Brüssel sammitinin yekunlarını və razılaşmaları Azərbaycanın böyük diplomatik qələbəsi kimi qiymətləndiririk. Prezident İlham Əliyev - təcrübəli diplomat və öz addımlarını qabaqcadan ölçüb-biçən həssas siyasətçidir”.

Politoloq vurğulayıb ki, Rusiyanın və Azərbaycanın birgə səyləri Ermənistanın konstruktiv yola düşməsinə, həm Üçtərəfli Bəyanat üzrə, həm də sonrakı yüksək səviyyəli razılaşmalar üzrə özünün bütün öhdəliklərini yerinə yetirməsinə imkan yaradacaq.

Tarix
2022.05.28 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla