Yuxarı

İlham Əliyev Ərdoğanla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Ərdoğanla görüşdü

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə dövlət başçılarının bir yerdə olması qardaşlığımızın rəmzi kimi qiymətləndirilib.

Dövlət başçıları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının önəmini qeyd ediblər və bu tədbiri yüksək səviyyədə olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndiriblər.

Görüşdə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyi qeyd olunub, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə nahar yeməyi olub.

Tarix
2022.05.28 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla