Yuxarı

Saakaşviliyə görə parlamentdə mübahisə yaşandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berdzenişvililər, Bokeriyalar, Saakaşvililər, Qvaramiyalar yeni dövrün bolşevikləridir.

Axar.az xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, adı çəkilən şəxslər bolşeviklərin 100 il əvvəl məhv etdikləri milli varlığı bu gün müxtəlif təbliğatla məhv etməyə çalışırlar:

"Bu adamlar - Berdzenişvililər, Bokeriyalar, Saakaşvililər, Qvaramiyalar və başqaları yeni dövrün bolşevikləridir və onlar ideya əcdadları olan bolşeviklərin 100 il əvvəl məhv etdikləri milli varlığımızı bu gün müxtəlif təbliğatlarla məhv etməyə çalışırlar. Təbii ki, biz buna imkan verməyəcəyik. Milli varlığın məhvi adlanan bu yolda onların uğurlarının sıfra bərabər olması üçün əlimizdən gələni edəcəyik. Bunu ölkəmizə, xalqımıza və millətimizə borcluyuq”.

Kobaxidzenin bu sözləri isə müxalifət nümayəndələri arasında etirazlara səbəb olub və bundan sonra parlamentdə mübahisə yaranıb. İclasda müxalifət nümayəndələri olan Xatuna Saminidze, Giorgi Vaşadze Kobaxidzenin bu bəyanatını zorakılığı təşviq kimi qiymətləndiriblər.

Tarix
2022.06.08 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyanla görüşdüm, Bakı ilə sazişi müzakirə etdik

Türkiyə MN Azərbaycanla bağlı paylaşım etdi

Prezidentin yanındakı kiçik qız danışdı: Onu çox sevdim - Video

Bakı ilə razılığa gəlmişik - Paşinyan

Tatardan Azərbaycanla bağlı mühüm sözlər...

Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcı… - ABŞ

Əli Nağıyev Zəfər parkını ziyarət etdi

BMT-də Azərbaycanın itkin şəxsləri ilə bağlı çağırış...

Senatorlar Şuşa və Xankəndidə - Foto

Qarabağ sonsuza qədər Azərbaycandır - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla