Yuxarı

Deputat maaşı qalxır: bəs, niyə qarğış edirsiniz?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gündən deputatların da xeyli aradan sonra öz maaşlarını artırmaq barədə qərar verməyə çalışdıqları haqda məlumat yayılıb. Bu isə sosial şəbəkələrdə yaxşıca tənqid edilir, məsələn belə: “deputatlar yalnız özünü düşünür”, “əhali bahalıqdan əziyyət çəkir, bunlar isə öz maaşlarını artırırlar” və s.

Mən yalnız tənqidlərin ən “mərifətlilərini” ümumiləşdirib yazdım. Halbuki daha fərqli nifrinqarışıq qarğışlar var ki, onları bura daşımaq yaxşı heç nə vəd etmir.

Maraqlıdır: deputatlarla paralel, hakimlərin də maaş artımı gündəmdədir, bundan əvvəl isə bir çox dövlət qurumunda təxminən deputat maaşlarının nəzərdə tutulan artımı qədər - 40-50%-lik artımlar olmuşdu. Amma heç biri deputatların maaşı qədər gündəmə çevrilmədi.

Əslində, deputatlarım maaş artımının bu qədər müzakirə edilməsi olduqca yaxşı haldır: nə qədər “seçmədim” desə də, seçici, vətəndaş, sosial şəbəkə istifadəçisi deputatı özünə “bir köynək yaxın” hesab edir və ona görə də onun seçicisini düşünməsini daha artıq istəyir. Bu baxımdan deputatlar seçicilərinin onların maaş artımı ilə bağlı qarğış-nifrinlərinə normal yanaşsalar yaxşıdır.

İndisə keçək, “Yezid üçün” ağlamağa.

Deputatların maaşı nə qədər olacaq? – 3550 manat spiker alacaq, birinci müavini 3195, müavini 3000, deputatlar isə 2485 manat.

Bu vaxta qədər isə spiker 2475 manat, deputatlar 1730 manat alırdı.

Daha bir üstünlük: deputatlara ayda vəzifə maaşlarının bir misli deyil, iki misli miqdarında əlavə vəsait veriləcək.

Əzizlər, Azərbaycanda deputatların əhəmiyyətli hissəsi əlimizin çatmadığı şəxslərdir; bir çoxunun qəbuluna düşmək Prezidentin qəbuluna düşməkdən daha çətindir – onların villaları, mühafizəsi, böyük biznes şəbəkəsi, xaricdə obyektləri bitib-tükənməzdir. Sizcə, onların bu aylıq 700, əlavə olaraq lap tutaq ki, 2-3 min manata ehtiyacları var?

Bu aylıq vəzifə maaşı və əlavələrə bilirsinizmi kim möhtacdır?

Ay sağ olun: əl atanda əlinizə gələn, sözünüzü deyən bilən, qəbuluna gedəndə qabağınıza qaçan, gücü çatdıqca da sizə dəstək olmaq istəyən deputatların. O milyonçu-deputatların onsuz da üzünü görmürsünüz və onlardan əlinizi çoxdan üzmüsünüz – ki, elə məhz onların da maaş artımı, yaxud əksilməsi veclərinə deyil. And içə bilərəm ki, əksəriyyəti heç nə qədər maaş, əlavə-filan aldığını da bilmir və yaxud heç maaşını götürmür.

Demək, deputat maaşının artması əslində seçicinin mənafeyinədir: sizinlə görüşməyə onsuz da meyilli olanların imkanlarını genişləndirir – “oliqarx-deputatlar”ın deyil!

Məsələn, Tahir Kərimli, ya Erkin Qədirli və bu sırada adını çəkə biləcəyim xeyli deputat var. Qarğış tökəndə oliqarx-deputatların güdazına bunları da verməyin!

Yeri gəlmişkən: Qüdrət Həsənquliyev bir müddət öncə millət vəkillərinin öz seçiciləri ilə rahat görüşməsi, səfərlərə gedə bilməsi üçün deputat maaşının 8-10 min civarında olması gərəkdiyini bildirmişdi.

Təxminən 2500 maaş, üstəlik iki misli qədər aylıq ödəmə ilə deputatların artıq 7500 manata yaxın maaş alacağı gözlənilir.

Hörmətli, təbii ki, əlimiz çatan, ünimiz yetən deputatlar, indi xalq sizdən daha çox görüş, daha çox dəstək gözləyir.

Məni peşman, onların qarğışlarını oliqarx-deputatlar kimi halal etməyin!

Tarix
2022.06.21 / 15:41
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Sikorski Bayramova zəng etdi

Təyyarə qəzası: Nəticələr bu tarixdə elan ediləcək

İlham Əliyev pravoslav icmasını təbrik etdi

Qarabağ xanlığının şərq qapısından – Fotolar

AZAL-ın təyyarəsinin yeni görüntüləri: daha bir yalan... - Foto

Petrosyanın bu çıxışı ilə bağlı bəyanat yayıldı

Rusiyada 2025-də nələr olacaq? – Real ssenari

“Made in China 2025” işə düşdü - Qərb narahatdır

AZAL təyyarəsini vuran "Pantsir" ekipajı dindirildi

AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla