Yuxarı

Meymunçiçəyi pandemiya elan olunub?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meymunçiçəyi pandemiya elan olunub?

Meymunçiçəyini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmən pandemiya elan etməyib. Sadəcə nəzarət və profilaktika mərkəzləri bəzi xəstəliklərin pandemiya xarakteri alması təhlükəsi haqda narahatlıq ifadə edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Ümumdünya Səhiyyə Şəbəkəsinin meymunçiçəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Bu xəbərlər ölkələrdə meymunçiçəyi xəstəliyinə yoluxanların sayının artmasına görə yayılır. Pandemiya təkcə ölkədə yoluxanların sayı ilə deyil, həm də əhali sıxlığı ilə ölçülür. Ona görə də meymunçiçəyi pandemiyasından danışmaq hələ tezdir. Bunun hansısa pandemiya şəkli almamağının bir səbəbi hava-damcı yoluyla yayılmamasıdır.

Bununla bağlı lazımi işlər aparılır. ÜST-in tövsiyələri əsasında ayrı-ayrı ölkələr karantin və müalicə tədbirləri aparırlar. Bu məhdudlaşdırıcı tədbirlərin sayəsində meymunçiçəyinin qarşısını ala biləcəyik”,- professor deyib.

Tarix
2022.06.29 / 08:30
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla