Yuxarı

Azərbaycan bu tarixdən torpaq itirməsini dayandırdı - Karauz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millətlər üçün önəmli tarixi dönəmlər, günlər və mərhələlər var. 27 sentyabr da Azərbaycan və ümumtürk tarixinin ən önəmli dönüş nöqtələrindəndir. Hər şeydən öncə 1988-ci ildən bəri Vətənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canını fəda edən bütün şəhidlərimizi böyük ehtiram, minnətdarlıq hissi ilə anır, hamısına Allahdan rəhmət diləyirəm.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Azərbaycanın 44 günlük Vətən müharibəsində millət və dövlət birliyinin ən mükəmməl örnəklərindən birini ortaya qoyduğunu vurğulayıb:

“27 sentyabr Azərbaycanın son 200 ildə torpaq itirməsinin, kiçilməsinin xalqın və dövlətin birgə iradəsi, şəhidlərimizin, qazilərimizin canı və qanı hesabına dayandırıldığı gündür. Bu şanlı gün 1992-ci ildən başlayan ordu quruculuğu və aparılan siyasət ilə torpaqları işğal olunmuş bir xalqın öz istəyi ilə tarix və dünya qarşısında öz sözünü dediyi tarixdir. Haqlı şəkildə aparılan 44 günlük müharibə nəticəsində qazanılan qələbə ilə Azərbaycan Cənubi Qafqazda özünün ən böyük siyasi və hərbi güc olduğunu göstərib. Şanlı Azərbaycan Ordusu Vətən müharibəsində əvvəldən mövcud olan təcrübəsi ilə NATO standartlarında qazandığı təcrübələri bir-birinə uyğunlaşdıraraq müxtəlif yeni üsul və taktikalardan istifadə etməklə dünya hərb tarixinə daxil olub. Azərbaycan dövləti öz Silahlı Qüvvələrinə müasir və yeni silah-sursat, hərbi texnikanın alınması və inteqrasiyası sahəsində dünyada ən mükəmməl örnəklərdən birini ortaya qoya bilib. İndi bir çox ölkələr və ali hərbi məktəblər Azərbaycan Ordusunun keçdiyi döyüş yolunu öyrənirlər. 27 sentyabrda başlayan müharibə son yüz ildə baş verən ən qısa müharibələrdən biridir. Bu müharibə minimum itki ilə düşməni maksimum itkilərə məruz qoymanın örnəklərindəndir. 27 sentyabr 10 milyonluq xalqın Vətənin dar günündə qaçmaq üçün hava limanlarına yox, döyüşmək üçün küçələrə, yollara, səngərlərə axışdığı gündür. 44 günlük müharibə həm də Azərbaycan dövlətinin öz işlək və çevik mexanizmi ilə kritik bir mərhələdə mükəmməl dövlət idarəçiliyi nümunəsi deməkdir. 27 sentyabr Ali Baş Komandan İlham Əliyevin siyasi, informasiya, hərbi və bütün digər cəbhələrdə öz xalqı ilə birlikdə Azərbaycanın haqq işini əngəlləmək istəyənlərə qarşı apardığı mübarizə deməkdir. 27 sentyabr həm də eyni kökdən gələn Türkiyə və Azərbaycanın qardaşlığının yüz il bundan öncə olduğu kimi, bugün də sarsılmaz olduğunun sübutudur. 27 sentyabr Türkiyənin öz lideri, xalqı, Silahlı Qüvvələri və müdafiə sənayesi ilə qardaşının yanında olduğu, qələbə ilə nəticələnən, bölgədə yeni geosiyasi reallıq yaradan və Şuşa Bəyannaməsi imzalanması ilə möhürlənən möhtəşəm tarixin başlanğıcıdır”.

Tarix
2022.09.27 / 11:34
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla