Yuxarı

Ermənistan sürətlə silahlanır: Dehliyə kim razılıq verib? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Rusiyanın təsir dairəsində olan və bütün silahlarını Rusiyadan alan Ermənistana silah satması birmənalı qarşılanmır.

Axar.az xəbər verir ki, bir tərəfdən Ermənistanın sərhədə artilleriya, canlı qüvvə, müdafiə vasitələri toplaması, digər tərəfdən silahlandığını açıq-aşkar nümayiş etdirməsi, eyni zamanda, 10 noyabr bəyanatının öhdəliklərini yerinə yetirməkdən - hərbi birliklərinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmaq (4-cü bənd) və Zəngəzur yolunu açmaqdan (9-cu bənd) - nümayişkaranə şəkildə imtina etməsi rəsmi İrəvanın növbəti təxribatının soraqçısıdır.

Konflikt tərəfi olaraq Ermənistana bir çox ölkələrin silah satışından imtina etdiyini Baş nazir Nikol Paşinyan da bildirmişdi. Belə bir vəziyyətdə Ermənistanın Hindistandan “Pinaka” reaktiv atəş sistemi, habelə Sovet-Rusiya modelli “Konkurs” tank əleyhinə raketlərinin alınmasına dair saziş imzalaması diqqət çəkməyə bilməz. Həm də əvvəlcə bu sazişin dəyərinin 244 milyon dollar olduğu bildirilsə də, indi 260 milyona qalxdığı deyilir.

Hazırda Ermənistan Hindistandan PUA və dron kamikadze, həmçinin “Akaş” zenit-raket kompleksi almaq üçün danışıqlar aparır. Bununla bağlı müzakirələr Ermənistan müdafiə naziri Suren Papikyanın Hindistana səfəri zamanı gündəmə gətirilmişdi.

“Pinaka” – Hindistanın ən qabaqcıl silahlarından sayılır, onun Azərbaycanın arsenalında olan İsrailin “Spike-ER” raketlərinin analoqu olduğu bildirilir.

Rusiyanın silah bazarına daxil olmaq Hindistanın hansı marağından doğur?

Erməni ekspertlər bunu 3 faktorla əlaqələndirir: yeni silah bazarı, rəqibi Pakistanın Azərbaycanı dəstəkləməsinə cavab (44 günlük savaşda da Hindistan heç bir aidiyyəti olmadan Ermənistanı dəstəkləməyə əhəmiyyətsiz cəhdlər göstərmişdi – red.), eyni zamanda İrandan və Ermənistandan keçməli olan “Şimal dəhlizi”ndə maraqlı olması.

Əlbəttə ki, Çinin “Bir kəmər bir yol” təşəbbüsünə alternativ olaraq nəzərdən keçirilən “Şimal dəhlizi” – sadəcə, utopiyadır, bu dəhlizin aktiv şəkildə işləməsi və Hindistanın da maraqlarına cavab verməsi mümkün deyil. İldə 9 ay məhdudiyyət tətbiq edilən Yuxarı Lars yolu necə “dəhlizə” çevrilə bilər?

Burda yalnız siyasi konfiqurasiyadan söhbət gedir: ABŞ Hindistanı təsir dairəsinə salmaq uğrunda mübarizə aparır, buna görə hətta ənənəvi müttəfiqi Pakistanla münasibətlərin pozulmasına qədər gedir. Hindistan silah istehsalında “Rusiya standartlarına” yaxındır və bu baxımdan Hindistanın Ermənistana silah satışına ABŞ-ın razılığı gündəmə gəlir. ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən tədricən çıxarmaq üçün addımlarını sürətləndirir.

Bu arada müxalifətin Nikol Paşinyana qarşı iddialarında səsləndirdiyi fikirlər də maraqlıdır. Müxalifət iddia edir ki, ABŞ Nikol Paşinyana Rusiya ordusunu ərazisindən çıxaracağı təqdirdə dərhal 20 milyard dollar yardım ayıracağını vəd edib. ABŞ Nümayəndələr Palatası üzvlərinin Ermənistana ardıcıl səfərləri də daxil olmaqla, “mülki” adı ilə AB generallarını öz ərazisinə gətirən İrəvanın böyük bir oyunun içində olduğu şübhəsizdir. Təsadüfü deyil ki, hazırda Ermənistanın “demokratik inkişafı” Ukrayna və Gürcüstanla müqayisə olunur və bu müqayisələr Qərbin bütün institutlarında səsləndirilir. Hətta Ermənistanın “apardığı mübarizə” Ukraynanın mübarizəsi ilə eyniləşdirilir.

Ehtimal olunur ki, Hindistan da ABŞ-ın razılığı ilə regiona daxil edilir.

Hindistanın tədarük etdiyi silahlar 44 günlük savaşda arsenalının 85 faizini itirən Ermənistanın bütün “problemlərini” həll etmir. Amma Ermənistanın sürətlə silahlanması və bu silahlanmada kimlərin rol alması diqqətlə izlənməlidir.

Tarix
2022.10.20 / 09:00
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla