Yuxarı

Bu millət vəkili xəritə görüb? Bakının harda olduğunu bilir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının nəqliyyat dərdi son aylar doğrudan da çox artıb: evdən işə gəlmək bir dərd, qayıtmaq başqa dərddir.

Bu ciddi problemi, nəhayət, hökumət üzvləri də anlayıblar – yəqin, tıxaclarda qalmaqdan artıq nazirlərimiz də bezib. Qrup, komissiya-filan yaradıblar, hələlik, yalnız kimlərisə ora əlavə edib-çıxarmaqla məşğuldurlar və ümid edək ki, “əlavələr” tamamlanandan sonra ciddi qərarlar da veriləcək.

Sağ olsunlar, millət vəkilləri də bu məsələdə aktivdir: özlərinin də üzləşdiyi problemlərdən çıxış yolu üçün müxtəlif təkliflər səsləndirirlər və hökuməti əməli fəaliyyətə səsləyirlər.

Ancaq gərək elə təkliflər səsləndirəsən ki, nə əhali sənə gülsün, nə də hökumət üzvləri. Yəni təklifi dilə gətirməzdən öncə bir mütəxəssislə məsləhətləşmək lazımdır ki, hökumət də bu sözləri eşidəndə düşünsün, daha ələ salmasın!

Məsələn, deputatlardan biri ötən gün Milli Məclisdə deyib ki, Bakıdan Sumqayıta gəmi nəqliyyatının təşkili tıxac probleminin həllində mühüm rol oynaya bilər.

Görəsən, bunu dilə gətirərkən, o millət vəkili xəritəyə baxıbmı? Bakıdan Sumqayıta dəniz yolunu təsəvvür edirmi?

Xəritəni təqdim edirik, baxın: Bakıdan Sumqayıta “dəniz nəqliyyatı” üçün gəmi bulvardan çıxıb, bütün Abşeron yarımadasını dövrə vurub, sonra Sumqayıta getməlidir. Gəmi nəqliyyatının sürətini, bunun xəzrisini-gilavarını – yəni Bakı küləyini nəzərə alsaq, Bakıdan Sumqayıta gəminin neçə saata gedə biləcəyini təxmin edirsinizmi?

Kimsə təklif etmədi ki, bulvar ərazisi ilə tramvay xətti çəkmək olar; kimsə təklif etmədi ki, Ağ Şəhər ərazisindən tramvay xətti çəkmək lazım idi və yaxud əgər orda boş yer saxlayıblarsa, çəkmək lazımdır - ən azı, bir istiqamətdə şəhər mərkəzinə qədər sərnişindaşımada müəyyən yükü götürmək olar; bir millət vəkili təklif etmədi ki, Bakıda barmaq qoyulası bütün yerlərdə göydələn tikintisinin qarşısını almaq üçün təcili qanun qəbul etmək lazımdır; bir deputat dilinə almadı ki, son aylar yol kənarında, səkilərin üstündə, məktəblərin ağzının içində, binaların həyətindəki tikintiləri ən azı dayandırmaq lazımdır, belə rüsvayçılıq olmaz...

Bakıda binalar iç-içə tikilir və hər biri ən azı 18 mərtəbəlidir; zirzəmidə nəzərdə tutulan qarajlar binanın evlərinə nisbətdə bir neçə dəfə azdır və sakinlər maşın saxlamağa yer tapmırlar, ehtimal yerlər isə dərhal icra hakimiyyətləri tərəfindən yeni göydələn tikilməsi üçün satılır; bir deputat demədi ki, Bakının Baş Planı təcili təsdiqlənməlidir – çünki Baş Planın qəbulunu gecikdirən bəziləri tez-tələsik bu boşluqdan sui-istifadə etməyə girişiblər; bu şəhərdə artıq ayaq qoymağa yer belə qalmayıb, bir azdan Baş Plan heç kəsə lazım olmayacaq...

Tarix
2022.10.25 / 12:03
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşdü - Foto

Milanda gürcülərin növbəsi heyrətləndirdi – Video

Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır - Zurabişvili

Xoşqədəm seçkilərə müdaxilə edir - Gürcüstandan etiraz

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?

İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla