Yuxarı

Bu, İrəvan üçün ciddi fəsadlar yaradacaq – Vəliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, Ermənistan hakimiyyəti son addımları ilə təhlükəli oyunlar oynayır. Rəsmi İrəvanın Qərb tərəfindən silahlandırılması, müəyyən kənar qüvvələrin kəşfiyyat orqanlarının bu ölkədə yerləşdirilməsi regionumuzda sabitliyə xidmət etmir.

Axar.az xəbər verir ki, bunu millət vəkili Samir Vəliyev deyib.

“Üstəlik, Ermənistan parlamentinin Avropa Birliyinə üzvlüyü müraciətlə bağlı sənədin qəbul olunması, ABŞ-la strateji tərəfdaşlıq haqqında sazişin imzalanması bu baxımdan xüsusi vurğulanmalıdır. Paşinyan hakimiyyətinin bu davranışı təbii ki, Rusiyanı ciddi narahat edir. Çünki Ermənistan indiyə qədər Rusiyanın regionda forpostu funksiyasını yerinə yetirib. İndi isə Paşinyan hakimiyyəti öz davranışı ilə Qərbin əlaltısına çevrilir. Əslində, Paşinyanın bu siyasəti Rusiya tərəfindən xoş qarşılanmır. Ermənistan hakimiyyəti Qərbin diktəsi ilə Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir”, - deputat bildirib.

“Əlbəttə, İrəvan anlayır ki, Rusiyanı qıcıqlandıran qərarların bir bədəli ola bilər. Ona görə də, Nikol Paşinyan Vladimir Putinə zəng edib. Telefon söhbəti ilə bağlı rəsmi açıqlamalarda təbii ki, təfərrüatlar tam açıqlamır. Yəqin ki, Paşinyan Rusiyanın qəzəbindən, atacağı sərt addımlardan yayınmaq üçün Putinə izahat verib,guya həmin sənədlərin Moskvaya qarşı yönəlmədiyini sübut etməyə çalışıb. Amma faktlar ortadadır.

Məlumdur ki, Avrasiya İqtisadi İttifaqı Avropa Birliyinə əks, alternativ bir blokdur. Aİİ üzvü olan ölkə AB-nin üzvü ola bilməz. Əgər Ermənistan üzünü AB tərəfə çevirirsə, onda Rusiyanın təsir dairəsində olan digər bloku tərk etməlidir. Bu da İrəvan üçün ciddi fəsadlar yaradacaq. Çünki Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılıdır”, - millət vəkili əlavə edib.

S.Vəliyevin sözlərinə görə, rəsmi İrəvan nəzərə almalıdır ki, Rusiyanın Ermənistana böyük təsir imkanları qalmaqdadır:

“Belə ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası mövcuddur. Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir və 5 minə yaxın hərbçidən ibarətdir. İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb. Eyni zamanda, Rusiyanın Ermənistana qarşı iqtisadi təsir imkanları kifayət qədər güclüdür.

Ermənistanın hazırkı addımları bütün region dövlətlərinin maraqlarına ziddir. Çünki Rusiya və İranın AB və ABŞ-la münasibətləri çox gərgindir. Belə bir şəraitdə Ermənistan ərazisində AB missiyasının yerləşdirilməsi də qəbulolunmazdır.

Ermənistanın bu kimi addımları sülh prosesinə də zərbə vurur. Digər bir narahatedici məqam isə rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir. İş burasındadır ki, Ermənistanı ən çox silahlandıran da Qərb ölkələridir. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir”.

Tarix
2025.01.18 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

Prezident Bakıda mühüm forumda iştirak etdi - Foto

XİN-dən sülh sazişi ilə bağlı bəyanat...

İlham Əliyev Rebeka Qrinspanı qəbul etdi

Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

İlham Əliyev Birola “Dostluq” ordenini təqdim etdi - Foto

Əli Əsədov daha bir qərar imzaladı

İlham Əliyev ÜST-ün baş direktorunu qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla