Yuxarı

Bakı və İrəvan arasında sülh niyə yubanır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və İrəvan arasında sülh niyə yubanır?

KTMT ölkələrinin liderləri danışıqlarda sülhməramlı missiyanın müddətinin uzadılması məsələsini, eləcə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin taleyini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov KTMT-nin İrəvanda keçirilən sammiti haqda qeyd edib.

“Bu mövzuya çox səmimi, birbaşa, konstruktiv şəkildə toxunuldu. Hələ hər şey razılaşdırılmayıb, müəyyən nüanslar var. Mövzu gündəmdədir”, - o bildirib.

Peskovun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan nizamlanması prosesində mühüm rol oynamaqda davam edir və bundan sonra da prosesə yardım edəcək:

“Heç kim Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını hansısa tarixə qədər uzatmağa çalışmır, əsas odur ki, imzalansın və yaşama hüququ qazansın. Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzərində razılaşması vacibdir, hamı bir-biri ilə rəqabət aparmadan bunun üçün bütün səylərini göstərməlidir”.

Peskov qeyd edib ki, sülh müqaviləsinin imzalanması məsələlərində hələ də müəyyən nüanslar var və gələcək hadisələrin gedişində və digər formatlarda nizamlanma mümkündür:

“Ona görə də burada çoxlu imkanlar yaranacaq, o zaman bu imkanları yekunlaşdırmaq mümkün olacaq”.

Tarix
2022.11.24 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla