Yuxarı

Onlara dosent və professor adı verilməyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlara dosent və professor adı verilməyəcək

Əməkdar mədəniyyət işçilərinə dosent və professor adı verilməyəcək.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, dosent və professor elmi adı verilməsi üçün iddiaçılar arasından əməkdar mədəniyyət işçilərinin adı çıxarılıb.

İndiyə qədər dosent elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:

– iddiaçının azı üç il elmi-pedaqoji iş stajı olmalıydı;

– iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi;

– iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməliydi;

– iddiaçı müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı, yaxud onları hazırlamalıydı və s.

Professor elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:

– iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

– iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi və s. tələblər.

Tarix
2022.11.27 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla